Ana Sayfa > Cəmiyyət / Manşet > Hüquqi nümayəndə Fikrət Məmmədova müraciət etdi

Hüquqi nümayəndə Fikrət Məmmədova müraciət etdi


2-07-2015, 11:53. Yazar: admin
Hüquqi nümayəndə Fikrət Məmmədova müraciət etdi
Məhkəmə qərarlarının vaxtında icra olunmaması az qala normaya çevrilib. Hər gün redaksiyamıza məhkəmə icraçıları ilə bağlı şikayətlər daxil olur. Şikayətçilər Ədliyyə Nazirliyinin rəhbərliyindən kömək istəyirlər. Bu gün məhkəmə icraçıları ilə bağlı Qafqaz Xəbər Agentliyinə daxil olan müraciətlərdən birini olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədova

Hörmətli Fikrət müəllim!

Sabunçı rayon Məhkəməsinin 2-(008)177/2014 saylı, 30.01.2014-ci il tarixli qətnaməsinə əsasən,cavabdeh Əliyev Zöhrab Zülfü oglundan 265.000 manat məbləgində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ələkbərova Səbinə Elçin qızına verilməlidir. Apellyasiya Məhkəməsinin 2(103)2772/2014 saylı 29 may 2014-ci il tarixli qətnaməsi ilə Bakı səhəri Sabuncu rayon Məhkəməsinin 30.01.2014 –ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-549/15 saylı ,16.02.2015-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 29 may 2014- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sabunçu rayon Məhkəməsinin 2(008)177/2014 saylı,30.01.2014-ci il tarixli qətnaməsi icra olunması üçün Sabunçu rayon İcra Şöbəsinin İcra Məmuru Hakim Mirzəyevin icraatına verilmişdir. Sabunçu rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə borclu barəsində hansı səbəbdən məcburi icra tədbirləri görülməməsi barədə müraciət olunmuşdur. 29.06.2015- ci il tarixdə tərəfimdən Sabunçu rayon Məhkəmə İcraçıları Şöbəsinə məhkəmə qətnaməsinin icrası hansı mərhələdə olması barədə müraciət olunduqda Sabunçu rayon icra Şöbəsinin İcra Məmuru Hakim Mirzəyev bildirmişdir ki, borclu Əliyev Zöhrab Zülfü oglunun adına VAZ-2107 markalı avtomobil aşkar olunmuşdur. Hakim Mirzəyevdən işin nə vaxt icra olunmasını soruşduqda mənə nədənsə 2-3 ay səbrli olmagimi məsləhət verdi. Əliyev Zöhrab Zülfü oglunun adına VAZ-2107 markalı avtomobil aşkar olunmasıni qəbul etdik, amma ortaya sualar çıxır.Niyə Hakim Mirzəyev bu günə kimi bu avtomobili aşkar etmirdi? Tərəfimdən ünvanladıgım şikayət ərizələrindən sonra borclunun adına bu gün VAZ -2107 avtomobil aşkar olunubsa ,ola bilər ki,müvafiq qurumlara yenə şikayət ərizəsi ünvanlayım və borclunun adına sabah VAZ 21-011 markalı avtomobil aşkar olunsun?

Nəzərə alaq ki borclunun borcu külli miqdardadır və avtomobillərin satışından əldə olunan məbləg borcun heç 3-4 %-i etmir. Bir də hər belə aşkar olunan avtomobil üçün aylar ötsə, bu mənə deməyə əsas verir ki, məhkəmə qətnaməsinin icrası illərlə uzana bilər. Belə qənaətə gəlmək olar ki, Hakim Mirzəyev qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını açıq-aşkar ləngidir və əlavə olaraq 2-3 ay səbrli olmagımızı məsləhət görür. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Sabunçu rayon İcra Şöbəsinin İcra Məmuru Hakim Mirzəyev işdə süründürməçilik edir Hesab edirəm ki, borclu Əliyev Zöhrab Zülfü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313.1-ci maddəsi ilə protokol tərtib olunmalı və Sabunçu rayon Məhkəməsinə təqdim olunmali və dərhal da Azərbaycan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmalıdır. Xahiş edirəm yuxarıda qeyd etdiklərimi nəzərə alıb qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin edilməsi və ya borclu Əliyev Zöhrab Zülfü oglu barəsində qanuni şəkildə tədbir görülməsi üçün müvafiq sərəncam verəsiniz.

Qoşma:

1) “ İcraata başlamaq haqqında” 15.09.2014-cü il tarixli Qərarın surəti;1vər

2) “Tələbin könüllü icrası haqqında” 15.09.2014-cü il tarixli bildirişin surəti.1 vər. Hörmətlə, Ələkbərova Səbinə Elçin q-n Nümayəndəsi Hüseynov Yalçın Çəfərqulu oglu

Geri dön