Ana Sayfa > Cəmiyyət / Manşet > Müəllimlər İnstitutunda biabırçı rüşvət olayı - ŞOK SƏS YAZISI
Müəllimlər İnstitutunda biabırçı rüşvət olayı - ŞOK SƏS YAZISI29-06-2015, 17:37. Yazar: admin |
Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialınının direktoru Orucəli Rzayev və dekan Xəzangül Babayevnın 2014 -cü ilin yay sessiyasında tələbələrdən rüşvət alması ilə bağlı şok səs yazısı yayılıb. Arqument.Az xəbər verir ki, bunu sosial şəbəkələrdə yerləşdirən şəxslər iddia edib ki, kadrlarda görünən tarix və saat telefona aid olan texniki səhvdir. Belə ki, hadisə 2014-cü ildə baş verib. Amma ortada olan faktlardan görünür ki, hadisənin nə vaxt baş verdiyi önəmli deyil, əsas odur hadisə baş verib və Azərbaycan təhsilində növbəti biabrçılıq yaşanıb. Bildirilir ki, Orucəli Rzayev Zaqatala filialına 2012/2013-cü tədris ilində direktor təyin olunub. Bu yay imtahan sessyası əvvəlkindən daha biabırcı şəkildə gedib. Bu kadrlarda Zaqatala filalında imtahanlarda kütləvii şəkildə pul yığıldığı, hətta yaxşı oxuyan tələbələrə belə güzəşt edilmədiyi, imtahanlara pul verməyə imkanı olmayanların kəsildiyi aydın olur. Ən dəhşətlisi odur ki, Orucəli Rzayevlə dekan Xəzangül Babayevanın rüşvət aldıqları ilə bağlı söhbəti də qeydə alınıb, həmin söhbətdə tələbələrin adları çəkilir, onların verdiyi pulların miqdarını səsləndirilir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri dön |