Ana Sayfa > Cəmiyyət / Manşet > ATU-nun Onkoloji klinikasında soyğunçuluq və rüşvət xərçəngi

ATU-nun Onkoloji klinikasında soyğunçuluq və rüşvət xərçəngi


23-06-2015, 12:18. Yazar: admin
ATU-nun Onkoloji klinikasında soyğunçuluq və rüşvət xərçəngi
Tibb Universitetinin Onkoloji klinikasında rüşvət xərçəng kimi yayılıb. Hətta tibbi terminlə desək, metastaz verməkdədir. ATU-nun rektoru Əhliman Əmiraslanovun bu klinikasında cərrahiyyə əməliyyatlarının məbləği onkoloji xəstələrin yerindəcə taleyi ilə barışması deməkdir.

TİA.AZ-a verilən özəl məlumata görə, bu klinikada onkoloji xəstələrin yaxınları soyğunçuluqla üzləşir. Klinikaya müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır.
Ancaq bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Dövlət səhiyyə ocaqlarında pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib - “pulunu ver, şəklini çəkdir”. Məlumatda deyilir ki, Tibb universitetinin onkoloji klinikasında cərrahiyyə əməliyyatı 4 min manata başa gəlir. Bu fantastik rəqəmi açıqlayan qaynağımızın sözlərinə görə, tibb müəssisəsində açıq şəkildə bazar şəraiti yaradılıb. Klinika rəhbərliyi ölüm ayağında olan vətəndaşlara qarşı amansız rəftarı ilə diqqət çəkir. Çünki ən qəddar adam belə 4 min manat tələb etməz.
Xəbərdə bildirilir ki, səhiyyə nazirinə bu tibb ocağından kütləvi şikayətlər daxil olmaqdadır. Eyni zamanda Prezidentə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də şikayət ərizələri göndərilir. Mənbə iddia edir ki, Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə qat-qat ucuz həyata keçirilir.
Bu isə Azərbaycan səhiyyəsinə olan inamı yerlə bir edib. Məlumatda deyilir ki, ATU balansındakı bu klinikanın rəhbərliyi xalqı dövlətdən narazı salmaqla öz mənfəətini güdür. Onkoloji klinika Azərbaycan Respublikasının Nazirlər kabinetinin 23 noyabr 2006-cı il 250 saylı qərarına əsasən yaradılıb Onkoloji klinikanın açılışı 18 iyun 2007-ci ildə olub.

Geri dön