Ana Sayfa > Cəmiyyət / Manşet > Gizli oliqarx – Əli Abbasovun sag əli sayılan Vidadi Zeynalovun biznes imperiyası…

Gizli oliqarx – Əli Abbasovun sag əli sayılan Vidadi Zeynalovun biznes imperiyası…


16-06-2015, 13:15. Yazar: admin
Gizli oliqarx – Əli Abbasovun sag əli sayılan Vidadi Zeynalovun biznes imperiyası…
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın aparat rəhbəri, faktiki olaraq nazirlikdə Əli Abbasovdan sonra əsas söz sahibinə çevrilmiş və nazirin “qara qutusu” adını daşıyan Vidadi Zeynalovla bağlı cumhuriyyet.az olaraq yazmışdıq.
“Qohumunu icra başçısı təyin etdirən, nazirdən güclü olan Aparat rəhbəri – Vidadi Zeynalov” başlıqlı həmin yazımızdan sonra elektron poçtumuza yeni məlumatlar göndərilib.
Məlumat verən etibarlı mənbənin bildirdiyinə görə, Vidadi Zeynalov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün var dövlətini artırır: “Nazirliyin aparat rəhbəri Goranboy rayonunda “Gülüstan”, İsmayıllı rayonunda isə “Çaynik” adlı istirahət mərkəzləri tikdirib. Gornaboy rayonundakı “Gülüstan” istirahət mərkəzinə Vidadi Zeynalovun yaxın qohumu və həmkəndlisi, Yevlax rayon Kövər kənd icra nümayəndəsi Oqtay Məmmədov nəzarət etdiyi bildirilir.
İnformasiya mənbəmiz qeyd edir ki, Vidadi Zeynalovun Bakı şəhəri Qaraçuxur qəsəbəsində dəyəri milyonlarla ölçülən villası, Quba rayon Qəçrəş kəndində isə dəbdəbəli imarəti var.
Bundan başqa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin Türkiyədə və Yunanıstanda da mənzilləri mövcuddur. Mənbə Əli Abbasovun “qara qutusunun” istirahətini Avropa ölkələrində keçirdiyini və həmin ölkələrin birində biznes strukturu yaratdığını qeyd etdi. Həmçinin Vidadi Zeynalovun paytaxtın Tiblisi və digər prospektlərində bir neçə obyektinin fəaliyyət göstərdiyi qeyd olunur.
Rabitə və Texnologiyalar Nazirliyinin Aparat rəhbəri rayonlardakı bütün qovşaq rəislərindən hər ay “aylıq aldığı” və regionlarda qovşaqlara fiber kabel çəkilişləri köçürülən yüz min manatlarla vəsaitlərdən də özünə faiz götürdüyü bildirilir. Qeyd edək ki, Vidadi Zeynalov Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun bacanağıdır və aparat rəhbərinin icra başçısı ilə ortaq biznesinin olduğu da iddia olunur”.
Bildirək ki, Vidadi Zeynalovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həyata keçirtdiyi maxinasiyalarla bağlı redaksiyamıza daxil olan digər məlumatlarla bağlı dəqiqləşdirmələr apardıqdan sonra sonra oxucularımıza təqdim edəcəyik.///cumhuriyyet.az

Geri dön