Ana Sayfa > Cəmiyyət > FHN-in Şirvan bölməsinin əməkdaşı sərxoş halda avtomobil idarə edərkən saxlanılıb
FHN-in Şirvan bölməsinin əməkdaşı sərxoş halda avtomobil idarə edərkən saxlanılıb14-03-2015, 11:05. Yazar: admin |
Avtomobil qəzalarının baş verməsinin əsas səbəblərindən biri sərxoş halda avtomobilin idarə olunmasıdır. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 152-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 152-1.1-ci , 152-1.2-ci və ya 152-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur. Daxili İşlər Nazirliyinin Baş Döylət Yol Polisi İdarəsinin əməkdaşları içkili halda avtomobil idarə edən sürücüləri qanunda nəzərdə tutulan qaydada cəzalandırırlar. Buna baxmayaraq, sürücülər arasında sərxoş vəziyyətdə avtomobil idarə etmə halları azalmaq bilmir. Əksər hallarda isə müxtəlif vəzifələrdə çalışan şəxslər spirtli içki qəbul edərək sükan arxasına əyləşirlər. Dünən əldə etdiyimiz məlumatlara görə, Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin xüsusi riskli əməliyyatının işçisi, leytenant Hüseynov Nicat Əbülfəs oğlu martın 7-də saat 23 radələrində Şirvan Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən onun içkili olduğu müəyyən edilib: «Fövqəlada Hallar Nazirliyinin Şirvan bölməsinin işçisi olan Nicat Hüseynovu Şirvan Şəhər Dövlət Yol Polisi Şöbəsinin Anar adlı əməkdaşı saxlayıb. Yol polisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 90-KF-287 dövlət nömrə nişanlı «VAZ 2107» markalı maşını içkili vəziyyətdə idarə edən Nicat Hüseynovu cəzalandırıb. Nazirliyin Şirvan bölməsinin işçisi bu xəbərin çalışdığı idarəyə çatmaması üçün Anar adlı yol polisinə 200 manat verib. Bundan sonra söhbət bağlanıb, Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin rəhbərliyi məsələdən xəbər tutmayıb». Məlumatı dəqiqləşdirmək üçün ilk öncə Şirvan Şəhər Döylət Yol Polisi Şöbəsinin əməkdaşı Anar müəllimə zəng vurduq. O, Daxili İşlər Nazirliyində iclasda olduğunu bildirərək dəstəyi üstünə asdı. Daha sonra içkili vəziyyətdə maşın sürməkdə təqsirli bilinən Nicat Hüseynovla əlaqə saxladıq. Leytenant N.Hüseynov isə suallarımıza bir-birini təkzib edən cavablar verdi. O gah içkili vəziyyətdə tutulduğunu təsdiqlədi, gah da bu xəbərin həqiqətə uyğun olmadığını bildirdi. Ən sonda isə belə bir cümlə işlətdi: «Gedin nə bilirsiniz yazın. Onsuz da çalışdığım bölmənin rəhbərliyinin hər şeydən xəbəri var». Biz isə hesab edirik ki, kimliyindən asılı olmayaraq sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı ən sərt tədbirlər görülməlidir. Bu baxımdan Nicat Hüseynov ən azından bir il müddətinə sürücülük hüququndan məhrum edilməli və çalışdığı bölmənin rəhbər şəxsləri onun barəsində intizam tədbirləri həyata keçirməlidir. (Ardı var) Geri dön |