Ana Sayfa > Cəmiyyət > Sürücülərin maşınla bağlı bir-birlərinə verdiyi 10 zərərli TÖVSİYƏ

Sürücülərin maşınla bağlı bir-birlərinə verdiyi 10 zərərli TÖVSİYƏ


15-09-2024, 10:25. Yazar: admin


Bir çox avtomobil həvəskarları öz maşınlarını yaxşılaşdırmaq üçün bir-biriləri ilə məsləhətləşirlər. Lakin bunlardan bir çoxu zərərli ola, hətta bahalı təmirlə nəticələnə bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, Rusiyanın "Za rulem" avtomobil jurnalının ekspertləri ən geniş yayılmış mifləri sadalayıblar.

Mütəxəssislər ən təhlükəli miflərdən biri kimi həddindən artıq qatı motor yağının istifadəsini qeyd ediblər.

"Belə bir seçim mühərrikə ciddi zərər verə və onun vaxtından əvvəl aşınmasına səbəb ola bilər", - mütəxəssislər xəbərdarlıq edirlər.

Onlar həmçinin mühərriki çox tez-tez, xüsusilə də ciddi ehtiyac olmadan yumağı tövsiyə etmirlər.

Digər zərərli vərdiş kimi gölməçələrdə sürətlə keçmək qeyd olunur. Su damcıları elektronikaya düşə və qısa qapanmaya səbəb ola bilər.

Standart lampalarının "təkmilləşdirilmiş" lampalara dəyişdirilməsi də avtobili daha yaxşı etmir.

"Ciddi səbəblər olmadan LPG-yə keçid, yağ və yanacağa dəbdə olan əlavələrin istifadəsi, xüsusən şaxtada "avtomatik işəsalma" sistemindən sui-istifadə, mühərrikin çip-tüninqi və həddindən artıq tonlama - bütün bu "təkmilləşdirmələr" avtomobil üçün ciddi problemlərə səbəb ola bilər", - deyə onlar bildiriblər.

Sonda ekspertlər adi maşınlara sıfır müqavimətli filtrlər qoymamağı qətiyyətlə məsləhət görüblər.

"Adi maşınlara onlar qətiyyən lazım deyil. Belə filtrlər mühərriklərin uzunömürlülüyünün prioritet olmadığı yarış idman avtomobilləri üçün nəzərdə tutulub. Gündəlik sürüş üçün onlar tamamilə lazımsızdır", - deyə mütəxəssislər sözlərini yekunlaşdırıblar.
Geri dön