Ana Sayfa > Cəmiyyət > 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili kimi qeyd edilir
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili kimi qeyd edilir1-08-2022, 22:27. Yazar: admin |
Dil açanda ilk dəfə Ana söyləyirik biz, Ana dili adlanır bizim ilk dərsliyimiz. Mənim anam dilim, doğma dilim, doğma anamın dili-Azərbaycan dili bu dili bilmək, onu sevib qorumaq hər bir vətandaşın ən müqqədəs borcu və vəzifəsidir. Dilimiz zaman-zaman qol qanad açdı. Elm dili, sənət dili kimi inkişaf etdi. Səfəvi hökmdarı Şah İsmayıl Xətai -ana dilinin dövlət səviyyəsində istifadə edilməsini ilk dəfə olaraq həyata keçirdi. Xətai, taxdında sən fərman oldun, Dillərə hökm edən qəhrəman oldun. Mənim ana dilim bax beləcə daima inkişaf etmiş, qorunmuş bu günümüzə gəlib çatmışdır. “Dil deyəndə biz təkcə nitq söylədiyimiz, danışdığımız dili nəzərdə tutmuruq. Anamızın dilidir-Ana dilimiz”. Heydər Əliyev. Azərbaycan dilinin hərtərəfli inkişafı onun dövlət kimi tanınması beynəlxalq kürsülərdən eşidilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumimilli lidermizin bu sahədə əməyi misilsizdir. Ana dilinin dövlət dili olması uğrunda mübarizə aparan ümummilli liderimiz bütün ziyalıları, xalqı bu dil uğrunda mübarizəyə çağırırdı. Onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Kostitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. O, dilini sevirdi, Vətənini sevirdi. Ona görə də böyük şairimiz Səməd Vurğunun “Azərbaycan” şerini söyləyərkən kövrəlirdi. O, rus dilini gözəl, mükəmməl bilsə də ana dilinə məhəbbət hissini həmişə xalqına sevdirmişdi. Bəli, Umumilli liderimiz dilini sevirdi və sevdirirdi. Bütün ziyalıları bu dili sevdirməyə çağırırdı. Azərbaycan dilçi ailələrinə diqqət və qayğı göstərirdi. Azərbaycan dilində kitabların nəşrini daha çox artırılmasına, ana dilində geniş tədbirlərin keçirilməsinə çalışırdı. Biz ziyalılar bu gün Ulu Öndər Heydər Əliyevin dil haqqında fikirlərinə sadiqik. Onun davamçısı olan Prezidentimiz cənab İlham Əliyev tərəfindən dilimiz daim inkişaf edir yeni qərarlar qəbul olunur. 2004-cü ildə imzalanmış Sərəncama uyğun olaraq Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyarta keçirilməsi haqqında latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. O cümlədən Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri milli dilimizə olan marağın bariz nümunəsidir. Bəli, biz ziyalılar dilimizin saflığı, qorunması uğrunda həmişə mübarizə aparmalıyıq. Bu bizə Ulu Öndərimiz Heydər Əliyevdən bir mirasdır. Cənab Prezidentimiz İlham Əliyevdən tövsiyədir. “Dilimiz çox zəngin və ahəngdar dildir dərin tarixi köklərə malikdir. Şəxsən mən öz dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. ” Heydər Əliyev. Məlahət Əsədova N.Həmidov adına 208 nömrəli tam orta məktəbin direktoru Geri dön |