Ana Sayfa > Cəmiyyət > Ulu öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu
Ulu öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu9-05-2022, 12:47. Yazar: admin |
Tarixi gerçəkliklər sübut edir ki, dövlətin, xalqın taleyi, ilk növbədə, liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən asılıdır. Belə liderlər dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır. Hər bir xalqın özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur. Xalqımız, o cümlədən, dünya azərbaycanlıları üçün belə alternativsiz lider məhz Ulu öndər Heydər Əliyevdir! XX ərdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan, ümumiyyətlə isə dünyanın ən böyük azərbaycanlısı sayılan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib. Özünün tarixi xidmətləri sayəsində Ümummilli lider səviyyəsinə yüksəlmiş bu dahi şəxsiyyət, Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını mükəmməl konsepsiya halına gətirib. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqın və dövlətin ideoloji xəttini irs olaraq müəyyənləşdirmişdir. Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını hələ sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi zamanda başlatmışdır. Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəszlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin böyük qismi də vaxtilə bu sistemin xalqımıza qarşı yönələn antimilli fəaliyyəti nəticəsində mümkün olmuşdur. Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edənə qədər ölkəmizə qarşı gizli anti - Azərbaycan mərkəzləri var idi. Lakin bu vacib quruma rəhbər təyin edildikdən sonra o yeni konsepsiya əsasında yeni kadr komplektləşməsi apardı, gizli anti - Azərbaycan mərkəzləri ləğv edildi. Azərbaycançılıq ideologiyasının, milli özünüdərk prosesinin əsası elə oradan inkişaf etməyə başladı. 1962-1982-ci illər ərzində Azərbaycan Sovet Respublikasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etmiş bir ölkə səviyyəsinə çatdırmaq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi. Bu dövr Azərbaycanın intibah dövrüdür. 1969-cu ildən başlayaraq 1970-80-ci illərdə Azərbaycanda sənayeləşmənin baş tutması dövrün iqtisadi formasını təşkil edirdi. Sənaye müəssisələrinin böyük bir qismi Bakıda yaradılmağa başladı. Bu paytaxt əhalisinin sosiologiyasında demoqrafik vəziyyəti dəyişdi. Regionlardan gələn gənclər işlə, yaşayış yeri ilə təmin olunur, yeni mikrorayonlar inşa edilirdi. Beləliklə, Bakı daha da böyüməyə və gözəlləşməyə başladı. Bundan sonrakı mərhələdə isə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Belə ki, 1978-ci ildə isə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili, Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasında təsbit olundu. Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı ilə o zaman rəhbərlik edənlərin diqqətini cəlb etdi. Zaman-zaman maneələrlə qarşılaşaraq, məqsədli bir şəkildə rəhbərlikdən uzaqlaşdırılmasına baxmayaraq, heç bir qüvvə onu xalqından uzaqlaşdıra bilmədi. 20 Yanvar faciəsi xalqımızın ən qanlı faciəsidir. 20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın daimi Nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən Ulu öndər Heydər Əliyevin bu addımı bütün dünyaya səs saldı. O bu dövrdə təzyiqlər altında idi. Amma Naxçıvana gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə dalğalanmış üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində dalğalandırdı. Eyni zamanda bu hadisə tariximizin ən yaddaqalan səhifələrindən birinə çevrildi. 1993-cü ildə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşəndə Ulu Öndər öz tarixi missiyasını davam etdirərək ölkəni, xalqı böyük bir fəlakətdən - müstəqilliyini itirməkdən xilas etdi. Bu dövr Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış səhifəsinə çevrildi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluşu oldu. 1992-1993-cü illərdə xalqımızın başına gəlmiş erməni və havadarlarının zülmü, Dağlıq Qarabağın işğal olunması ilə nəticələndi. Xalqımızın tələbi ilə Ulu Öndərimiz hakimiyyətə gəldi. Bu gəlişi ilə o atəşkəsin elan olunmasına nail oldu. O, Ermənistan tərəfindən işğal olunan Qarabağ torpağlarını dünya səviyyəsində ən mötəbər məclislərində müzakirəyə çıxardı. On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisaqdiyyatı çökmüş ölkəni dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövlət kimi millətinə bəxş etdi. Bununla da o azərbaycan xalqının mövcudluğunu qorumağa nail oldu. Ümummilli lider Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliiyin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirdi, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızn rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsi oldu. Bugünkü Azərbaycanı, onun böyük potensialını həmin müqaviləsiz təsəvvür etmək mümkün deyil. Böyük rəhbər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan həm milli iftixar duyğusu, həm də bugünümüzün və sabahımızın mahiyyətidir. Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 18 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir. Güclü iqtisadiyyat, güclü sosial siyasət, ölkəmizin hərtərəfli inkişafı, yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması və yeni sənaye müəssisələrinin yaradılması artıq reallıqdır. Dünyada baş verən müasir hərbi - siyasi proseslərə, iqtisadi çaxnaşmalara, yeni sənaye inqilablarına çağırışlara, habelə multikultural dəyərlərə fərqli baxışlara uyğun olaraq müstəqil dövlətimizin inkişaf strategiyası və taktikasını daim yeniləşdirən və zənginləşdirən Prezident İlham Əliyev özünün dərin analitik təfəkkürü və çoxcəhətli yorulmaz fəaliyyəti ilə 21-ci əsrin əsl modern dövlətçilik nümunəsini göstərməkdə davam edir. Heydər Əliyevin yolunu davam etdirmək şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir. Bu şərəfə nail olan Prezident İlham Əliyev üzərinə götürdüyü məsuliyyətin, çətin vəzifələrin öhdəsindən layiqincə gəlir. Otuz il işğal altında qalan torpaqlarımızın azad edilməsi, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün ordumuzun gücü ilə cəmi 44 gün ərzində bərpa olunması, məhz Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu siyasət bizi böyük qələbəyə XXI əsrin Zəfər paradına çatdırdı. Bu gün Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsidir. Suraxanı rayonunun fəal gənci Arzu Məmmədli
Geri dön |