Ana Sayfa > Cəmiyyət > Fitrə-zəkat da İNFLYASİYAYA uğrayıb – Bayram axşamı çıxarımızı necə hesablamalıyıq?
Fitrə-zəkat da İNFLYASİYAYA uğrayıb – Bayram axşamı çıxarımızı necə hesablamalıyıq?28-04-2022, 16:13. Yazar: admin |
Ramazan bayramı yaxınlaşdıqca fitrə zəkatının məbləği insanları maraqlandıran məsələlərdən birinə çevrilir. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bəs, fitrə zəkatı necə hesablanır? İlahiyyatçı Surxay Məmmədlinin sözlərinə görə, zəkatın məbləğində fərqlər ola bilər və bu bazarda eyni məhsulların fərqli çeşidlərinin müxtəlif qiymətlərlə təklif olunması ilə bağlıdır. “Təbii ki, söhbət ehtiyac sahibi olan insanlardan getmir. Fitrə zəkatı o insanlara düşür ki, onların imkanı, dolanışığı var və maddi durumu yaxşıdır. Onlar qonşuluğunda, yaxınlarında ehtiyacı olan adama bu yardımı edəcəklər”. Ümumilikdə isə fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ötən illə müqayisədə bu il fitrə zəkatının məbləğinin artımını ərzaq inflyasiyası ilə əlaqədardır. Ekspert qeyd edib ki, artımın 50% olması ərzaq qiymətlərindəki real artımın göstəricisidir. //bizim.media// Geri dön |