Ana Sayfa > Cəmiyyət > Düşünülmüş iqtisadi siyasətimiz əsas verir ki, biz azad olunmuş ərazilərdə nümunəvi yaşayış məskənləri yaradaq.
Düşünülmüş iqtisadi siyasətimiz əsas verir ki, biz azad olunmuş ərazilərdə nümunəvi yaşayış məskənləri yaradaq.15-04-2022, 19:49. Yazar: admin |
2021-ci il doğma Azərbaycanımızın tarixinə “Zəfər ili” kimi daxil edilmişdir. 44 günlük ağır məşəqqətli keçən müharibə, Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir yumruğu” igid oğullarımızın könüllü döyüşlərə atılması, “Qarabağ Azərbaycandır!” şüarı bizi böyük qələbəyə, zəfərə qovuşdurdu. Bu gün isə bizi daha böyük uğurlar gözləyir. Hörmətli Prezidentimiz İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixində keçirilən cari ilin yekunlarına dair müşavirədə gördüyümüz və gələcəkdə görəcəyimiz işlər geniş müzakirə edilmişdir. 2022-ci ilin ilk rübünə həsr olunmuş iclas iqtisadi yeniliklərlə yanaşı siyasi ismarıclarla da zəngin idi. İstər yeni icra olunacaq layihələr, istər icrası davam edən, istərsə də bitmiş layihələr bir daha dövlətimizin qüdrətinin təzahürüdür. Düşünülmüş iqtisadi siyasətimiz əsas verir ki, biz azad olunmuş ərazilərdə nümunəvi yaşayış məskənləri yaradaq. 2022-ci ilin ilk rübünə həsr olunmuş toplantı eyni zamanda keçən il işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı bir hesabatdır. Ölkə başçısı dəfələrlə qeyd edib ki, Qarabağda sülhün və əməkdaşlığın qarantı Azərbaycan ordusudur. 6 aprel Brüsel görüşünün nəticəsinə toxunan cənab Prezident Avropa İttifaqı Şurasının sülhyaratma fəaliyyətini yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyev tərəfindən aparılan xarici siyasətin əsas xəttini mehriban qonşuluq, tərəfdaşlıq, etibarlı dostluq prinsiplərini təşkil etməsi Azərbaycanın ərazi bütövlüyünün dünya ölkələri tərəfindən tanınması və bu prinsiplərə hörmətlə yanaşması səbəb olmuşdur. Əlbəttə, bütün bu nəaliyyətlərimiz Azərbaycanın daxili gücü hesabına əldə edilib. Cənab Prezident onu da qeyd etdi ki, azad olunmuş ərazilərdə minalardan 200-dən çox insan həlak olub. QHT-lər gəlib bu sahədə bizə köməkliklər göstərsinlər. Minadan təmizlənmə başa çatdırıldıqdan sonra Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq. Şəhid ailələri, müharibə əlilləri üçün evlər inşa edilir, Ağdam və Füzuli şəhərlərində Baş planlar təsdiqlənir. Bax budur bizim uğurumuz. Qələbə üstündən uğur, nəaliyyətlər. Bunun üçün biz Azərbaycan xalqının igid oğlu İlham Əliyevə, onu bu işdə darda qoymayan, arxa duran Mehriban xanım Əliyevaya çox sağ ol deyirik. Biz ziyalılarda sizin arxanızdayıq. 2022-ci il “Şuşa ili” elan edilib. Ümummilli liderimiz Heydər Əliyevdən bir sitat gətirmək istəyirəm: “Şuşa hər bir Azərbaycanlı üçün iftixar nöqtəsidir, Azərbaycanın gözüdür, milli rəmzimizdir. Şuşa şəhəri təbiəti və saf havasına görə müalicə əhəmiyyəti baxımından Sovet illərində kurort şəhəri hesab olunurdu. Prezidentimiz İlham Əliyevin verdiyi sərəncamların icrası nəticəsində Şuşa şəhəri beynəlxalq turizm mərkəzinə çevriləcək. Mən ona özüm kimi inanıram deyən Heydər Əliyevin davamçısı “Mən ata vəsiyyətini yerinə yetirdim” deyərək Şuşada qalib bayrağımızı qaldırdı, Şuşada festival keçirdi və may ayında növbəti festivala hazırlaşırıq. Allah dövlətimizi, müzəffər Ali Baş Komandanı və rəşadətli ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi Geri dön |