Ana Sayfa > Cəmiyyət > Bu Zəfər Yolu bizi İlhamlı gələcəyə səsləyir

Bu Zəfər Yolu bizi İlhamlı gələcəyə səsləyir


15-04-2022, 13:21. Yazar: admin


Keçən il ölkəmizin həyatında çox səmərəli və məhsuldar il olmuşdur. Belə ki bir il ərzində, işğaldan azad olunmuş torpaqlarımızda təmir-bərpa işləri başlamış və bu istiqamətdə nəticələr artıq göz qabağındadır.
Prezident İlham Əliyevin sədrliyi ilə, 12 aprel 2022-ci il tarixdə keçirilmiş cari ilin 1-ci rübünün yekunlarına həsr olunmuş müşavirədə bütün bu görülən işlər haqqında Dövlət Başçımız çıxış edərkən azərbaycanlı olaraq qürur duydum.
Hamımıza məlumdur ki, 30 illlik işğal dövründə Birləşmiş Millətlər Təşkilatı bir çox qətnamələr çıxarmışdı, lakin bunların heç biri icra olunmamışdı. Dəfələrlə bu təşkilat tərəfindən Azərbaycan-Ermənistan münaqişəsi haqqında guya maraqlanılsa da, əslində öz həllini tapmamışdır. Artıq dünyanın aparıcı belnəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir. Bu bir daha onu sübut etdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Keçirilən müşavirədə diqqətimizi çəkən məqamlardan biri də Prezident Cənab İlham Əliyevin bundan sonra da, hərb sahəsinə önəm verməyi və hər zaman dövlətin sütunu olan ordumuzun güclü olmasından ötrü yeni texnikaların, silahların alınması və daha da bu sahədə işlərin davamlı aparılmasıdır. Dünyada baş verən toqquşmalar, müharibələr alovlandıqca, məlum məsələdir ki, bu hadisələr ətraf dövlətlərə də öz mənfi tərəflərini sirayət edəcək.
Belə ki, başqa ölkələrdən Azərbaycana idxal olunan ərzaq məhsullarında qıtlıq yaranmamasından ötrü artıq dövlətimiz əməli işlərə start vermişdir. Prezidentimizin uzaqgörən siyasəti nəticəsində işğaldan azad olunmuş torpaqlarda indi böyük əkin işləri aparılır və bu il 50 min hektar ərazidə əkin işi aparılacaqdır. Bu o deməkdir ki, gələcəkdə pis forsmajorların qarşısı alınacaqdır.
Hal-hazırda şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayının artması təqdirəlayiqdir. Çünki Azərbaycanın bu oğullarının canı, qanı hesabına, dövlət öz ərazi bütövlüyünü bərpa etmişdir. Bizlər hər birimiz onlara borcluyuq.
Yaxın gələcək bizə Qarabağın ağ günlərini vəd edir. Belə ki, cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq-abadlıq işləri böyük vüsətlə davam edir. Buna misal, Bərdə-Ağdam dəmir yolunun, Zəngilan beynəlxalq hava limanının, bir çox yolların inşasını göstərmək olar.
Gələn ay Şuşada yenidən “Xarı Bülbül” festivalı keçiriləcək. Belə festivallar keçirildikcə, Qarabağa beynəlxalq aləmin diqqəti daha da artacaq. Dövlətin qeyri-neft sektoru güclənəcək. Bunlardan biri də ölkəyə gələn turistlərin axınıdır.
Sevindirici haldır ki, Azərbaycanın dilbər guşəsi olan Şuşa bu il daha tez dirçələcək.
Çünki, təsadüfi deyil ki, uzaqgörən liderimiz Cənab İlham Əliyev 2022-ci ili Şuşa İli elan edib.
30 illik həsrətdən sonra, şəhidlərimizin qanı bahasına qaytarılan torpaqlar, Füzuli, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Şuşa, Laçın, bütövlükdə Qarabağ, yaxın gələcəkdə öz müasir görkəmi ilə hər birimizi sevindirəcək. Mən buna inanıram!
Artıq Qarabağda, uca dağlar başında heç vaxt yolu-izi olmayan cığırlarda, geniş yol, Zəfər Yolu çəkilmişdir. Bu Zəfər Yolu bizi İlhamlı gələcəyə səsləyir. Bu Zəfər Yolu bizi İlhamlı və Mehribanlı Zirvələrə aparacaq!




Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət
məktəbinin direktoru Əhmədova Elvina Tofiq qızı

Geri dön