Ana Sayfa > Cəmiyyət > Əhaliyə ŞAD XƏBƏR: Bu gündən karantinlə bağlı bu qadağa LƏĞV OLUNDU
Əhaliyə ŞAD XƏBƏR: Bu gündən karantinlə bağlı bu qadağa LƏĞV OLUNDU15-04-2022, 08:44. Yazar: admin |
Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub. Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən: Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir; Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. Geri dön |