Ana Sayfa > Cəmiyyət > Azərbaycanda bir gündə 413 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycanda bir gündə 413 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib


4-01-2022, 22:50. Yazar: admin

Azərbaycanda bir gündə 413 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 618 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib, aktiv xəstə sayı 7 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 555, ötən müddət ərzində isə ümumilikdə 5 889 656 test aparılıb.
Geri dön