Ana Sayfa > Cəmiyyət > Bayram günlərində qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək - VİDEO

Bayram günlərində qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək - VİDEO


28-12-2021, 04:24. Yazar: admin

Bayram günlərində qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək - VİDEO
Bir sıra dövlət qurumları bayram günlərində adi qaydada işləyəcək. Bunlar sırasında əhaliyə kommunal xidmətlər göstərən qurumlar da var. İnsanların enerji, su və qaz təminatında hər hansı çətinliyin olmaması üçün müvafiq təşkilatlar gücləndirilmiş iş rejimində çalışacaqlar.

Bayram günlərində əhaliyə birbaşa xidmət göstərən Azərsu açıq səhimdar cəmiyyətinin bütün idarələrində növbətçilik prinsipi tətbiq olunacaq.

Tətil günlərində heç bir istehlakçı da işıqsız qalmayacaq. Buna Azərişıq açıq səhmdar cəmiyyəti zəmanət verib. Ölkə üzrə elektrik şəbəklərində fasiləsiz və növbəli iş rejimi tətbiq olunacaq.

Azəriqaz İstehsalat Birliyi də ölkədə qeyd olunacaq Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qurumdan verilən məlumata görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi eləcə də, qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə zəruri tədbirlər həyata keçirələcək. Bundan başqa 24 saat fəaliyyət göstərən 104 və 181 çağrı mərkəzinin fəaliyyəti də gücləndiriləcək. Birliyin müvafiq şöbələrində sutkalıq növbətçilik təşkil olunacaq..
Geri dön