Ana Sayfa > Cəmiyyət > Ombudsman Zəngilanda dağıdılmış qəbiristanlıqlarda monitorinq aparıb

Ombudsman Zəngilanda dağıdılmış qəbiristanlıqlarda monitorinq aparıb


20-12-2021, 13:23. Yazar: admin

Ombudsman Zəngilanda dağıdılmış qəbiristanlıqlarda monitorinq aparıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən növbəti faktaraşdırıcı missiya Zəngilan rayonunda həyata keçirilib.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan azad olunmuş Zəngilan rayonunda yerləşən qəbiristanlıqlarda məzarların Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması faktlarını araşdırmaq və sübutlar toplamaqdır.
Faktaraşdırıcı missiya çərçivəsində Ombudsman Zəngilan rayonundakı dağıdılmış Məmmədbəyli və Ağalı qəbiristanlıqlarında monitorinq aparıb.

Faktaraşdırıcı missiya çərçivəsində toplanmış materiallar əsasında hesabat hazırlanaraq, insan hüquqları sahəsində aparıcı beynəlxalq təşkilatlara təqdim ediləcək.
Geri dön