Ana Sayfa > Cəmiyyət > Azərbaycanda son sutkada 922 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azərbaycanda son sutkada 922 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib14-12-2021, 17:04. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 922 yeni yoluxma faktı qeydə alınıb, 1 621 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 605 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 578 756 nəfər müalicə olunaraq sağalıb, 8 123 nəfər vəfat edib, aktiv xəstə sayı 19041 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 085, ötən müddət ərzində isə ümumilikdə 5 694 341 test aparılıb. Geri dön |