Ana Sayfa > Cəmiyyət > "Kimsə əriylə yola getmirsə, onu efirdəki aparıcılar müzakirə etməlidir?" - ETİRAZ

"Kimsə əriylə yola getmirsə, onu efirdəki aparıcılar müzakirə etməlidir?" - ETİRAZ


14-12-2021, 17:00. Yazar: admin
"Kimsə əriylə yola getmirsə, onu efirdəki aparıcılar müzakirə etməlidir?" - ETİRAZ

“Azərbaycanda hansı insanın problemi yoxdur ki. Hər bir insan doğulanda onun problemi olur və insan öləndən sonra problemi bitir. Əgər ona qalsa, gərək bütün günü yas saxlayaq. Verilişə çıxıb vay-şüvən qoparırlar, pul yığırlar. Bunlar hamısı oyundur. Bəziləri dolanmaq üçün özlərinə asan yol tapıblar”

Vertikal.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev efirlərdə ailə-məişət mövzusundan bəhs edən verilişlər haqda danışarkən deyib. Ə.Mirəliyev bu cür verilişləri aparan aparıcıların öz şəxsi həyatlarının da çox biabırçı olduğunu bildirib:

“Kimsə əriylə yola getmirsə, onu efirdəki aparıcılar müzakirə etməlidir? Bunlar məhkəmədir, prokurordur, müstəntiqdir? Kimdi bunlar? O verilişi aparanların heç özlərinin həyatda düz-əməlli işləri yoxdur. Amma adamların taleyini müzakirə edirlər. Baxırsan ki, min oyundan çıxıb və indi də gəlib veriliş aparır. Vallah gülməlidir. Heç olmasa o verilişi aparan mən olsam, cəhənnəm. Bilirlər ki, yaşlı insanam, bir arvadım olub. Bunların otuz-qırx nəfər ər və arvadları olub. Adamdan soruşarlar ki, nə ixtiyarınız var insanların şəxsi həyatını efirə çıxarıb, müzakirə edirsiniz?! Adamlara ağıl öyrədirlər, amma bunlara deyən lazımdır ki, gedin öz həyatınızı işıqlandırın. Xalqın problemi sizlik deyil.

Mən özüm də efirdə olanda görürəm bir nəfər gəlib deyir ki, arvadımı başqa kişiylə tutdum. Bu adam elə bilir ki, arvadını ifşa edir, amma bilmir ki, elə özünü də biabır edir. Adama deyərlər daha sən nə kişisən ki. Keçmişdə hansı kişi arvadını başqasıyla tutub, bağışlayıb. Guya bu aparıcıların insanlarımızın xeyrinə çalışırlar, əslində ziyanına işləyirlər. Gənclərimizi maarifləndirmək əvəzinə, çox əxlaqsız söz-söhbətləri efirdə təbliğ edirlər. Bu bizim xalqımıza başucalığı gətirməz. Belə verilişləri efirdən yığışdırmaq lazımdır”.
Geri dön