Ana Sayfa > Cəmiyyət > Qanuni əsas olmadan özünü jurnalist kimi təqdim edən şəxslərin fəaliyyətinin qarşısı alınacaq
Qanuni əsas olmadan özünü jurnalist kimi təqdim edən şəxslərin fəaliyyətinin qarşısı alınacaq9-12-2021, 16:23. Yazar: admin |
Özünü media subyekti və ya jurnalist kimi təqdim edən şəxslərin fəaliyyətinin qarşısı alınacaq. “Report”un xəbərinə görə, bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb. “Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə müasir dövrün çağırışlarına uyğunlaşdırılmışdır. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr sadəcə onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur. Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır”, - layihədə qeyd olunub. Geri dön |