Ana Sayfa > Cəmiyyət > Şəxsi mənafeyə xələl gətirən adların verilməsinə qadağa qoyulub

Şəxsi mənafeyə xələl gətirən adların verilməsinə qadağa qoyulub


8-12-2021, 17:47. Yazar: admin
Şəxsi mənafeyə xələl gətirən adların verilməsinə qadağa qoyulub

“Əvvəllər gülünc, şəxsi mənafeyə xələl gətirən adların verilməsinə qadağa qoyulub”.

Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır:

“Bu, dünya praktikasında da belədir. Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var.

Belə ki, oğlan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulur.

Adlar qoyulan zaman onların mənbəyinin və məzmunun araşdırılmasına xüsusi diqqət edilir”.
Geri dön