Ana Sayfa > Cəmiyyət > Zəfər Bizimdir!
Zəfər Bizimdir!29-11-2021, 19:14. Yazar: admin |
Qalib Azərbaycan xalqı, müzəffər Azərbaycan ordusu, yenilməz ölkə başçısı... Bu birlik müvəffəqiyyətimizin, zəfərimizin, uğurumuzun açarıdır. ”Biz birlikdə güclüyük” deyərək addımladıq, “Qarabağ Azərbaycandır!” deyərək bütün dünyaya gücümüzü bəya etdik. Bu o gücdür ki, 44 gün ərzində yorulmadan, usanmadan qəsbkarlardan torpağı azad etdik. Prezidentimizin hər çıxışında inamla səsləndirdiyi fikirlər, işğaldan azad olunan ərazilərdə Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması anının təqdimatı vətəndaşlarımızı, qəlbi Qarabağla döyünən hər kəsi təsirləndirməyə bilməzdi. Çünki hər birimiz öz sahəmizdə müsəlləh əsgər olduq, Azərbaycan naminə bir olduq, həmrəylik göstərdik, mənfur düşmən layiq olduğu yerini aldı. Cənab prezident İlham Əliyevin də dediyi kimi: “Bax bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil, bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir. Artıq Ermənistan hökuməti qalib Azərbaycan dövlətinin tələb etdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında danışıqlar prosesinə getmək üçün Azərbaycanın razılığının alınmasına kömək edilməsində onu dəstəkləyən ölkələrə yalvarır, diz çökür. Budur Azərbaycanın dünyaya nümunə olan ədaləti, beynəlxalq hüququ daim öndə saxlayan siyasətinin təntənəsi. Bu qələbə qanımız, canımız hesabına əldə olunduğu üçün çox qiymətlidir, müqəddəsdir. Prezidentimizin siyasi baxımdan da diplomatik münasibətləri, dövlətçilik ənənələrini qoruyub saxlaması strateji müstəvidə də davam edir. Şimal qonşularımızla olan münasibətlər, fəal dialoqlar ikitərəfli münasibətlərin sürətlə inkişafına zəmin yaradır. İqtisadi sahə, biznes sahəsində olan layihələr geniş müstəvini əhatə edir. Gənclərin yüksək səviyyədə təhsili, tələbələrimizin təhlükəsizliyi Rusiya ilə olan əməkdaşlığı sürətləndirir. Eyni zamanda qələbədən sonra Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlərin olmaması, zonaya nəzarət rolunun yüksək olduğunu göstərir. 26 noyabr Soçi görüşündə də bütün bu faktlara toxunan cənab prezident üçtərəfli bəyanatı müsbət səciyyələndirib. Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artması üzrə addımlar atmağı dövlət sərhədinin delimitasiyası Rusiya federasiyası məsləhət yardımı ilə ikitərəfli komissiyanın da yaradılmasının şərtləndiyini vurğulayıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Rusiya federasiyasının prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü cənubi Qafqazda sülhün və sabitliyin təmin dilməsi baxımdan böyük önəm kəsb edir. Bu görüşün nəticələri və görüş nəticəsində əldə edilən bəyanat Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə olunmalıdır. Eyni zamanda Rusiya və Azərbaycan arasında isti münasibətlərin yüksək səviyyədə olmasına şimal qonşumuzun dövlət başçısının prezidentimizə hörmət və ehtiramla yanaşması da münasibətlərin yüksələn xətlə inkişafını göstərir. Bu o deməkdir ki, Azərbaycan regiondakı liderliyini qoruyub saxlayır və baş verən proseslər rəsmi Bakının iradəsindən kənarda baş vermir və qarşı tərəf anlayır ki, kapitulyasiya şərtlərinə əməl etməkdən başqa şərtləri yoxdur, reallıqla barışmalıdır. Bəli, Soçi görüşü Azərbaycan pezidentinin intellektual üstünlüyü ilə keçən diplomatik uğurumuzdur, Azərbaycan qalib ölkədir və bundan sonra da diktə edən tərəf də hər zaman Azərbaycan olacaq. Suraxanı rayonu E.Cəfərov adına 118 nömrəli
tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu. Geri dön |