Ana Sayfa > Cəmiyyət > Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı - FOTO

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı - FOTO


10-11-2021, 08:57. Yazar: admin
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı - FOTO

Azərbaycanda daha bir məktəb distant təhsilə keçib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Ucar şəhər Qazyan kənd 1N-li tam orta məktəb 10 noyabr 2021-ci il tarixindən 14 gün müddətinə distant təhsilə keçəcək.

Buna səbəb məktəbdə əsasən şagirdlər arasında COVİD-19 infeksiyasına yoluxmanın olmasıdır.

Faktı Ucar Rayon Təhsil Şöbəsinin rəhbərliyi də təsdiqləyib.

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı - FOTO
Geri dön