Ana Sayfa > Cəmiyyət > Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiya olacaq

Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiya olacaq


29-10-2021, 10:31. Yazar: admin
Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiya olacaq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktının qəbul olunacağı gözlənilir.

Vertikal.az-un məlumatına görə, amnistiya aktının 8 Noyabr Zəfər günü ərəfəsində qəbul ediləcəyi bildirilir. Bu nəcib təşəbbüsün 10 mindən çox şəxsə şamil olunacağı gözlənilir. Onlardan 1500-ə yaxın məhbusun isə azadlığa çıxması mümkün olacaq.

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.
Geri dön