Ana Sayfa > Cəmiyyət > “Azərbaycanda gedən vaksinasiya prosesindən narazıyam” – Həkim-ekspert

“Azərbaycanda gedən vaksinasiya prosesindən narazıyam” – Həkim-ekspert


20-10-2021, 16:31. Yazar: admin
“Azərbaycanda gedən vaksinasiya prosesindən narazıyam” – Həkim-ekspert

“Azərbaycanda gedən vaksinasiya prosesindən və hər gün bu barədə açıqlanan statistik rəqəmlərdən ciddi şəkildə narazıyam”.

Bu fikri Bizimyol.info saytına açıqlayan tanınmış pediatr-həkim Vaqif Qarayev diqqəti dünənki statistikaya yönəltdi.

Bu günə qədər ölkədə ümumilikdə 9 milyon 226 min nəfərin vaksin olunduğunu deyən V.Qarayev bildirdi ki, bunun da tən yarısı, yəni 4 milyon 976 min nəfəri birinci dozada vaksinasiya olunanlardır:

“Axı immunitet birinci dozadan deyil, ikinci dozadan yaranır. Buna görə də vətəndaşları ikinci dozanı da vurdurmağa yönəltmək lazımdır. Təsəvvür edin ki, bu dozanı vurduranların sayı 4 milyon 250 min nəfərə də çatmır ki, bu da kütləvi immunitetin yaranması üçün çox azdır. Yanvar ayından vaksinasiya başlayıb və artıq 2021-ci il başa çatır, amma əhalinin yarısı peyvənd olunmayıb”.

“COVİD-19” epidemiyasının bütün dünyanı lərzəyə saldığını deyən həmsöhbətimiz bildirdi ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda uzun müddətli karantin rejimi tətbiq olundu və sərhədlər uzun müddətli bağlandı:

“Ancaq bunların heç bir nəticəsi olmadı. Pandemiya daha da genişləndi və daha çox insan bu virusa yoluxdu. Epidemiya yeni yayılan zaman çoxlu proqnozlar irəli sürüldü. Bunlardan biri də, görüləcək ciddi profilaktik tədbirlər nəticəsində virusun qısa müddətdə yox olacağı ilə bağlı idi. Ancaq bu proqnoz özünü doğrultmadı. Sonra uşaqların, gənc və cavan yaşında olan insanların virusa yoluxmadığı iddiası ortaya atıldı. Bununla yanaşı, müxtəlif risk qruplarına aid şəxslərin qorunması ilə bağlı uzun müddətli müzakirələr aparıldı. Düzdür, bu müzakirələrdən ortaya atılan proqnozların bir çoxu doğru çıxsa da, cari ildə yoluxmaların sayında baş verən artım, eləcə də uşaqların və gənclərin də bu virusa yoluxması ilə bağlı səsləndirilən proqnozlar doğru deyil”.

Bu proqnozların heç biri özünü doğrultmadığı üçün ötən ilin sonlarında vətəndaşların vaksin olunması məsələsi ortaya çıxdığını deyən həkim-ekspert, vaksinasiya ilə bağlı təkliflərlə razılaşdığını diqqətə çatdırdı:

“Praktika göstərdi ki, vaksin olunanlar ya yoluxmur, yaxud yoluxsa da, xəstəliyi yüngül keçirir. Təkcə bizim xəstəxanaların açıqladığı yoluxma statistikası deyil, Amerika və Avropanın ən ciddi reaminatoqları da sübut edir ki, reaminasiyada yatanların 90 faizdən çoxu vaksin olunmayanlardır. Bu faktlara nəzər yetirdikdə, vaksinasiyanın vacibliyini qəbuil edirəm. Bununla bağlı proses başa çatmadığı üçün son qədər gözləmək lazımdır.

Onun sözlərinə görə, belə yoluxucu xəstəliklərdən qorunmağın iki yolu var:

“Xəstələnən şəxs ya özünü tamamilə təcrid etməli, ya da vaksin olunmalıdır. Təbabət elmi üçüncü çıxış yolu ica etmədiyi üçün bu iki qaydadan birinə əməl edilməlidir. Bu gün bütün dünya həmin prinsiplərin üzərində dayanıb və bu yollardan istifadə edir. Nəticəsi də göz qabağındadır. Dünya ölkələrinin çoxu uzun müddəli qapanmalardan və karantin rejimlərin imtina edir, insanlar yenidən həyata qayıdır, beynəlxalq əlaqələr bərpa edilir və s. Məhz bu səbəblərdən də vaksinasiya prosesi sürətlənməlidir”.
Geri dön