Ana Sayfa > Cəmiyyət > Bahar Muradova bəzi deputatları tənqid edib: “Deyirdilər kişi gedib ikinci arvad alsın”

Bahar Muradova bəzi deputatları tənqid edib: “Deyirdilər kişi gedib ikinci arvad alsın”


20-10-2021, 13:51. Yazar: admin
Bahar Muradova bəzi deputatları tənqid edib: “Deyirdilər kişi gedib ikinci arvad alsın”

“Parlamentdə “Reprotuktiv sağlamlıq haqqında” qanunun müzakirəsi zamanı kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi”.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Komitə sədri həmin müzakirələr zamanı belə halların şahidi olduğunu bildirib: “Parlamentdə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna qarşı olan kişi deputatlar vardı. Mən o müzakirələrin iştirakçısı olmuşam”.
Geri dön