Ana Sayfa > Cəmiyyət > Uşaqlar arasında yayılan virus NƏDİR? - Baş pediatrdan AÇIQLAMA

Uşaqlar arasında yayılan virus NƏDİR? - Baş pediatrdan AÇIQLAMA


12-10-2021, 10:17. Yazar: admin
Uşaqlar arasında yayılan virus NƏDİR? - Baş pediatrdan AÇIQLAMA

Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan qəribə virus yayılıb. Geniş və sürətlə yayılan virusun qəribəliyi həkim müdaxiləsi olmadan xəstəliyə qalib gəlməyin mümkünsüz olmasıdır. Mövcud əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur.

Bizim.Media-ya bu barədə danışan pediatr Qoşqar İsmayılov sözügedən əlamətlərlə müşayiət olunan virusun daha çox 2-8 yaşlı uşaqlar arasında müşahidə olunduğunu bildirib:

“Bizə də çoxsaylı müraciətlər var və bunlar dalğavaridir. İnfluenza, para influenza, respirator viruslardır ki, qrip törədirlər. Yəni kəskin respirator formasında özünü göstərir.

Bu xəstəlik əsasən məktəb yaşlı uşaqlar arasında daha çox özünü biruzə verir. Təhsil müəssisələrinin və uşaq bağçalarının ənənəvi qaydada fəaliyyəti sözügedən xəstəliyin yayılmasına şərait yaradıb”.

Pediatr virusun COVID-lə oxşar cəhətlərinin olduğunu da vurğulayıb: “COVID-də də burun tutulması, öskürək və temperatur olur. Sadəcə bunun fərqini həkim müayinələr və qan analizinin nəticəsi əsasında ayıra bilər. Valideynlər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Xəstə, hətta tam sağalmamış uşağı kollektivə göndərməməlidirlər”.

Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, ölkənin baş pediatrı Erkin Rəhimov son vaxtlar yayılmış infeksiyaları mövsümlə əlaqələndirib: “Hazırda daha çox respirator sensual viruslar artıb və bu mövsümdə hər il olur. Amma indi məktəb və bağçalar açılıb deyə, virus daha geniş vüsət alıb.

Bunlar COVID-lə qarışa biləcək xəstəliklərdir. Hər uşaqda qızdırma və öskürək olmur. 85 faiz uşaqda xəstəlik simptomsuz və yüngün keçir. 14-15 faizində ciddi şikayətlər müşahidə olunur”.

Baş pediatr əlavə edib ki, xüsusilə bu dönəmdə uşaqlar arasında ciddi bir şikayət varsa, onlardan COVID-ə görə PCR testi götürülsün.
Geri dön