Ana Sayfa > Cəmiyyət > Elektrik enerjisini və içməli suyu fasilələrlə alan sakinlər - VİDEO

Elektrik enerjisini və içməli suyu fasilələrlə alan sakinlər - VİDEO


4-10-2021, 12:43. Yazar: admin
Elektrik enerjisini və içməli suyu fasilələrlə alan sakinlər - VİDEO

2 min kvadrat kilometrə yaxın ərazini əhatə edən 1 şəhər, 8 qəsəbə, 7 kəndi olan Abşeron rayonunu bərəkətli rayon adlandırmaq olar.

Bu “bərəkətli” artım yerli səviyyədə şəhərsalma sahəsinə aiddir. Xaotik, standartdan kənar tikintilər, plansız abonent artımı işıq, qaz, su, yol infrastrukturunu nəzərdə tutulmayan yüklənmə ilə üz-üzə qoyub.

Yağış və külək olduğu zaman Abşeron rayonu qaranlığa qərq olur. Ələlxüsus da Masazır qəsəbəsi.

Problemlər yaşanan ərazilərdən biridə Xırdalan şəhəridir. Xırdalanda yaşanan xaotik tikinti burulğanının fəsadları zaman-zaman ciddi problemlər yaradır.

Təbii fəlakət, zəlzələ, 3-cü, 4-cü dərəcəli yanğın hadisəsi olsa, Xırdalan sakinləri ağır və təsəvvür edilməz çətinliklərlə üz-üzə qalacaqlar.

Daha ətraflı Baku TV-nin süjetində:


Geri dön