Ana Sayfa > Cəmiyyət > Dövlət Xidməti aqrobağlarla bağlı 10 müqaviləni ləğv edib - SƏBƏB

Dövlət Xidməti aqrobağlarla bağlı 10 müqaviləni ləğv edib - SƏBƏB


5-07-2021, 16:51. Yazar: admin
Dövlət Xidməti aqrobağlarla bağlı 10 müqaviləni ləğv edib - SƏBƏB

“2020-2021-ci illərdə aqrobağlarla bağlı 10 müqavilə ərazidən düzgün istifadə edilmədiyi üçün ləğv olunub”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu, 658 hektar ərazi deməkdir:

“Aqrobağlarla bağlı mümkün sahələr 9 013 hektardır. Müraciətlər əsasında həmin ərazilərin verilməsi həyata keçirilir. Onların bu əraziləri necə istifadə etməsinə nəzarət məsələsinə gəlincə isə, bununla bağlı nazirliyin Meşələrin İnkişafı Xidməti tərəfindən ərazilərə mütəmadi baxış keçirilir” .
Geri dön