Ana Sayfa > Cəmiyyət > "Azenerji" sahibkarlara 300 min manat ziyan vurub - GİLEY
"Azenerji" sahibkarlara 300 min manat ziyan vurub - GİLEY28-04-2021, 17:50. Yazar: admin |
Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir. Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, habelə cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi təsis edilmişdir. Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiya nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafı baxımından nümunəyə çevrilməkdədir. Prezident çıxışlarında dəfələrlə sahibkarlığın inkişafının vacib olduğunu bildirmiş və bu inkişafa süni maneə yaradanlara qarşı sərt çıxışlar edib. Ancaq bəzi qurumlar prezidentin tövsiyyələrini qulaqardına vurur. Adətən sahibkarlar vergi və yaxud diğər qurumlardan şikayətlənir. Səbail rayonunda isə sahibkarları ziyana salan, işlərini əngələ salan Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsidir. Bu idarədən Hit.Az-a şikayət edən “Arena ” kollektivi yazır: ““Arena“ sahibkarlıq subyekti kimi öz fəaliyyətini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində həyata keçirir. Səhmdar Cəmiyyətin əsas fəaliyyəti göstərilən ünvanda yerləşən inzibati binasını müxtəlif hüquqi və fiziki şəxslərə icarəyə təqdim etməkdən ibarətdir. İcarəçilər sırasında hotel, kafe, gül dükanı, ovçular cəmiyyəti, avtomobillərin dayanacagı məntəqəsi, avtomobillərin yag dəyişmə və yuyulma məntəqəsi, TV studiya, bir neçə saytin redaksiyası, 10-a yaxın ictimai birlik, Qeyri Hökümət Təşkilatlar , Azərbaycan Respublikası Aqrar Təqiqatlar Mərkəzi, onların serverləri, Turizm şirkətləri,, Elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər, iki daşıma-karqo şirkəti, Azərbaycanda “E-İmza” fəaliyətini həyata keşirən şirkət , onların serverləri, hüquq, konsalting xidmətləri göstərən təşkilatı göstərə bilərik. “Arena” eletrik enerji təchizatını müqavilə əsasında Azərişıq ASC Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsindən alır (Abonent kodu 10/200-028). İstehlakçı tərəfindən istifadə olunan elektik enerji haqqının ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında, 2 fevral 2005-ci ildə təsdiq olunmuş 18 saylı qərarı ilə tənzimlənir. Qaydaların 8.14 bəndinin tələblərinə əsasən - İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmçinin “istehlakçılara elektrik enerjisi verilişinin dayandırılması “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13 bəndində nzəərdə tutulan hallarda 9.13 bəndində göstərildiyi qaydada aparılmalıdır. 9.13. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər: 9.13.1. İstehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 9.13.2. Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; 9.13.3. Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 9.13.4. Enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; 9.13.5. Məhkəmənin qərarı ilə; İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”ndan da göründüyü kimi İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildiyi tarixdən sonra bir ay - 30 (otuz) gün müddəti keşdikdən və 30 gündən sonra istehlakçıya təqdim olunan xəbərdarlıqdan sonra da istehlakşı istifadə olunan elektrik enerji haqqını ödəmədiyi təqdirdə mümkundür. Bütün bunlara baxmayaraq 2020-ci ilin mart ayından başlayaraq mütəmadi olaraq Azərişıq ASC Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsi hər ayın 12-15 arası təqdim olunan ödəmə sənədi üzrə istifadə olunan elektrik enerji haqqının ödənilməsinə 30 gün ödəmə vaxtımız oldugu halda 15 gün sonra bizə elektrik enerjisinin verilməsi dayandırılır. Hər ay Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qanunun tələblərinə əməl olunması haqqında olan yazılı və şifahi müraciətlərimiz nəticəsiz olaraq qalmışdır. Idarə rəhbərlərini qəbuluna düşmək mümkün deyil , idarəyə iradimiz bildirmək üçün yaxınlaşanda bizi müdirdən müdir muavininə , oradan satış müdirinin yanina , oradan da bizi dinləyəcək və dinləsə belə heç bir səlahiyyət olmayan bir əməkdaşa yönəltməklə bizi yola verirlər. 195 qaynar xəttinə gün ərzində dafələrlə müraciətlərimizin heç bir nəticəsi yoxdur . Bizi dinləyib dəstəyi asmaqla kifayətlənirlər. Artıq belə halın dözülməz olduğunu görüb 2020 –ci ilin avqust ayında bu qanunsuzluqlar barədə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyinə müraciət etdik. Agentliyin Bakı filialının əmakdaşları bizm şikayətimizə operativ reaksiya verərək yerində olan halı arasdırmış, Səbail RETŞİ – nin əmakdaşlarını əraziyə dəvət etmiş və onlara qanunsuz əməlləri bildirilmlş, bu barədə akt tərtib olunmuşdur. Lakin Səbail RETŞİ – nin nümayəndələri akti imzalamaqdan imtina edərək ərazidən uzalaşmışlar. Agentik qanunun tələblərinə əməl olunması haqqnda Səbail RETŞİ məktub göndərmişdir. Səbail RETŞİ rəhbərlyi vəziyyətin belə hal aldığını görüb idarənin əmakdaşları vasitəsilə bir də belə qanunsuz halların olmayacagı haqqında bizi əmin etdilər və sikayət ərizəsinin geri götürülməsini xahiş etdilər. Tərəfimizdən şikayət ərizəsi geri götürüldükdən sonra növbəti ay yenidən eyni ssenari üzrə, eyni qanunun tələblərinə əməl olunmaması halları hec nə olmamış kimi davam etmeyə başladı. Nəzərinizə çatdrmaq istəyirik ki , Səbail RETŞİ – nin bu son bir il ərzində bu qanunsuzluqları ərazidə faliyyət göstərən icarədarlara 300000 manatdan çox faktiki maddi ziyan dəymişdir. Yalnız bir neçə fakti nəzərinizə çatdırsaq yəqin ki, olan mənzərəni təsəvvür edə bilərsiniz. Gül dükanını icarəyə götürən sahibkara işığın qanunsuz olaraq sönməsindən ümumilikdə 70000 manata yaxın (gül temperatura həssas bir əmtəə olduğundan isiğın sönməsi soyuducuda olan malları satışa tam yararsız hala salır), ərazidə olan pilot proyekti olan marketdə işığın sönməsindən sahibkara 150000 manatdan çox faktiki zayan dəymiş, ərzaq yarasız hala düşüb tullanmışdır. Dəfələrlə təkrar olunan bu hala dözməyərək market ASC ilə olan icarə müqaviləsini pozmalı olmuşdur. Həmçinin vəziyyətin bu zamanında oteldə olan qonaqlar narazılıqlarını bildirərək oteli tərk etmişlər və s . Belə halların siyahısını davam etdirə bilərik . Səbail RETŞİ-nin bizə qarşı olan bu münasibətinə hansı adı vermək olar, bilmiik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman sahibkarlara qarşı həssas yanaşmağı , sahibkarla qarsı tətbiq olunan süni maneələrin aradan qaldırılması haqqında tapşırıqlarını vermışdir. Lakin Səbail RETŞİ qanunlara əməl etməməkdə öz ampluasında olaraq qalır. Son olaraq bildirmək istəyirik ki 2021-ci aprel ayının 13-də Arena ASC-yə ödəniş üçün hesab təqdim olunmuş, aprel ayının 22-də “Whatsapp” la (qanuna zidd olaraq) xəbərdarlıq göndərilmiş, arpel ayının 26-da ASC-yə verilən eletrik enerjisi dayandırılmışdır. Qanunun tələbinə zidd olaraq hər zaman olduğu kimi 30 gün əvəzinə 13 gündən sonra elektrik təchizatı dayandırılmışdır. Bu haqda təkrar olaraq aprel ayının 23- də Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyinə müraciət etdik . Agentlyin əmakdaşları akt tərtib edərək Səbail RETŞİ –nə qanunun tələblərinə əməl olunması barədə məktub göndərsə də, məktuba məhəl qoymadan Arena– ya verilən işıq təchizatı dayandırılmışdır. Ümid edirk müvafiq orqanlar Azərişıq ASC Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinə sahibkarlara qarşı qənim kəsilməyin hec də yaxsı hal olmaması və gündən-günə daha da inkisaf edən Azərbaycan Respublikasının daha da qüdrətli olması istiqamətində addımlar atmagın zəruri oldugunu başa düşəçəklər. Arena ASC kollektivi P.S. Şikayətçilərin sözlərinə görə baş verən qanunsuzluqlarda birbaşa ASC Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin Ramin adlı rəisi məsuliyyət daşıyır. Nə yuxarı rəhbərliyi sayır, nə dövlətin qanunlarını. Yəqin ki, güc strukturları da ölkə qanunlarını kobud pozan, sahibkarlığın inkişafına əngəl olub sabotaj yaradan bu şəxslə maraqlanacaqlar. Demokrat.az Geri dön |