Ana Sayfa > Cəmiyyət > MSK yenidən formalaşdırıb - SİYAHI - YENİLƏNİB
MSK yenidən formalaşdırıb - SİYAHI - YENİLƏNİB27-04-2021, 12:14. Yazar: admin |
Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib. Bununla da MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib. Beləliklə, MSK-nın yeni tərkibi aşağıdakı üzvlərdən ibarətdir. Məzahir Pənahov Rövzət Qasımov Hüseyn Paşayev Şaitdin Əliyev Ramiz İbrahimov Validə Kazımova İlham Məmmədov Nizami Nadirxanlı Fuad Cavadov Qabil Orucov Arifə Muxtarova Nailə Əsgərova Bəxşeyiş Əsgərov Etibar Quliyev Mikayıl Rəhimli Almas Qəhrəmanlı Tofiq Həsənov İlkin Şahbazov Aydın Muradov (ehtiyat üzv) Surəddin Hümbətov (ehtiyat üzv) Niyaməddin Orduxan (ehtiyat üzv). 11:41 Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirə edilir. “Report”un xəbərinə görə, geniş məlumat verildikdən sonra deputatlar məsələ haqqında fikirlərini bildirəcəklər. Daha sonra isə MSK üzvlüyünə təqdim edilmiş şəxslər Milli Məclis tərəfindən seçiləcək. Bununla da MSK yenidən formalaşdırılacaq. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək. MSK üzvlüyünə təqdim edilmiş şəxslər aşağıdakılardır: Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən namizədlər aşağıdakılardır: Məzahir Pənahov Rövzət Qasımov Hüseyn Paşayev Şaitdin Əliyev Ramiz İbrahimov Validə Kazımova Surəddin Hümbətov (ehtiyat üzv) Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvlüyünə namizədləri aşağıdakılardır: İlham Məmmədov Nizami Nadirxanlı Fuad Cavadov Qabil Orucov Arifə Muxtarova Nailə Əsgərova Aydın Muradov (ehtiyat üzv) Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır: Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov Niyaməddin Orduxan (ehtiyat üzv). Geri dön |