Ana Sayfa > Cəmiyyət > Azərbaycanda daha 1 541 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 1 541 nəfər koronavirusa yoluxub


25-04-2021, 18:20. Yazar: admin
Azərbaycanda daha 1 541 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 313 006 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 456 nəfərdir.
Geri dön