Ana Sayfa > Cəmiyyət > Təhsil Nazirliyindən bağçaların bağlanması ilə bağlı məsələyə MÜNASİBƏT
Təhsil Nazirliyindən bağçaların bağlanması ilə bağlı məsələyə MÜNASİBƏT5-04-2021, 10:54. Yazar: admin |
Azərbaycanda bağçaların bağlanması məsələsi ilə bağlı böyük ziddiyyət yaranıb. Musvat.com xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin aprelin 5-də bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı. Təhsil naziri Emin Əmrullayevin aprelin 3-də "Facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini demişdi. Lakin sonradan icra hakimiyyətləri bağçaların bağlanması barədə bildirdilər. Bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi. Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da məsələyə aydınlıq gətirə bilməyib. Qurum rəsmisi bildirib ki, hələlik məsələ qaranlıq olaraq qalıb. “Bağçalararla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq”. Geri dön |