Ana Sayfa > Cəmiyyət > Valideynlərə təhlükəli halla bağlı müraciət- Əgər uşağınızda bu hallar varsa...

Valideynlərə təhlükəli halla bağlı müraciət- Əgər uşağınızda bu hallar varsa...


31-03-2021, 11:55. Yazar: admin
Valideynlərə təhlükəli halla bağlı müraciət- Əgər uşağınızda bu hallar varsa...

"Pandemiyanın əvvəlində COVID-19 virusunun uşaqlara yoluxmadığı və ya azyaşlıların bu infeksiyanı heç bir əlamətsiz və simptomsuz keçirdiyini deyirdik. Təəssüflər olsun ki, pandemiyanın gedişatında biz bunun əksini gördük. Uşaqların da bu infeksiyaya yoluxduğunun və kifayət qədər ağırlaşma ilə keçirdiyinin şahidi olduq".

BAKU.WS xəbər verir ki, bu sözləri həkim-pediatr Günay Rəsulova bildirib.

O əlavə edib ki, uşaqlar koronavirus keçirdikdən 4-6 həftə sonrakı müddətdə onlarda ağır siptomları olan postcovıd sindromu müşahidə edilib: "Bu sindrom zamanı uşaqlarda günlərlə davam edən və düşmək bilməyən yüksək temperatur, eyni zamanda ürəkdə çox ciddi ürək damarları və qapaqlarının zədələnməsi ilə gedən kavasaki sindromuna bənzər vaskulit sindromunu gördük.

Həmin sindrom zamanı uşaqlarda bütün orqan və sistemlərdə zədələnmələr ola bilir. Əvvəlki aylarla müqayisədə son ştammın da uşaqlarda yüksək hərarət, öskürək, pnevmaniya, mədə-bağırsaq simptomları, qusma, ishal və s. şikayətlərin yaranması ilə nəticələnir.

Xoşbəxtlikdən uşaqlar arasında ölüm halları çox az olub. Ümid edirik ki, uşaqlar üzərində peyvənd mövzusunda aparılan tədqiqatlar öz nəticəsini verər və vaksinasiya uşaqlar üçün də tətbiq olunar.

Koronavirus keçirdikdən 4-6 həftə sonrakı müddətdə hərarətin yüksəlməsi, dərmanların qəbul edilməsinə rəğmən qızdırmanın düşməməsi, bütün orqan, sistemlərin zədələnməsi, ürək damarları və koronar arteriyanın zədələnməsi hallarına rast gəlirik. Buna kavasaki sindromu da deyilir. Bu zaman ürəkdə genişlənmə olur və infeksiyadan sonra fəsad da qala bilir.

Ona görə əgər uşaqlarda ürəklərdə koronar genişlənmə varsa, onlar uzun müddət kardioloq nəzarətində olmalı və dərman preparatları qəbul etməlidir. Çünki koronar genişlənmə uşaqlarda fəsadların yaranmasına gətirib çıxara bilər.

Bu səbəbdən valideynlər diqqətli olmalı və covid-dən sonra 4-6 həftə ərzində uşaqda yüksək qızdırma və hərarət varsa, vaxtında həkimə müraciət etməlidirlər".
Geri dön