Ana Sayfa > Cəmiyyət > Azərbaycanda bir gündə 840 nəfərdə COVID-19 aşkarlanıb, 9 nəfər vəfat edib
Azərbaycanda bir gündə 840 nəfərdə COVID-19 aşkarlanıb, 9 nəfər vəfat edib17-03-2021, 16:18. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 242 491 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7 546 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, ötən müddət ərzində isə ümumilikdə 2 736 493 test aparılıb. Geri dön |