Ana Sayfa > Cəmiyyət > Süni qiymət artımını yaradan əslində Tarif Şurasıdır - FAKT BUDUR!

Süni qiymət artımını yaradan əslində Tarif Şurasıdır - FAKT BUDUR!


11-03-2021, 12:35. Yazar: admin
Süni qiymət artımını yaradan əslində Tarif Şurasıdır - FAKT BUDUR!

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, ictimai nəqliyyatda süni qiymət artımına yol verildiyi halda daşıyıcı şirkətlərə qarşı Xidmət tərəfindən sərt tədbirlər görüləcək.

O cümlədən, qeyd olunub ki, vətəndaşlar paytaxt istisna olmaqla respublikanın digər rayonlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdıqları zaman 012-566-52-58 nömrəli "Çağr Mərkəzi" ilə əlaqə saxlaya bilərlər.

İqtisadçı-ekspert Nazim Bəydəmirli "Şərq"ə süni qiymət artımından danışıb. O bildirib ki, qiymətlərə görə təkcə sahibkarları qınamaq doğru olmaz:

"Bir iqtisadçı olaraq onu deyim ki, süni qiymət artımı bazar iqtisadiyyatında olmayıb. Süni qiymət artımı dedikdə dövlət qurumları və digər orqanlar adətən sahibkarları günahlandırırlar.

Sahibkar isə mövcud iqtisadi vəziyyətə uyğun olaraq xərcləri hesablayır və tarif müəyyən edir. Ancaq qiymətləri Tarif Şurası müəyyən etdiyi sahələrdə belə halların baş verməsi özbaşınalıq, tarifdən yayınma deməkdir.

Buna görə də inzibati xətalar məcəlləsinə uyğun olaraq həmin şəxslər cəzalandırılmalıdır. Bu isə məsələnin bir tərəfidir. Əslində isə bunlara səbəb olan məsələlər aradan qaldırılmalıdır. Süni qiymət artımını yaradan əslində Tarif Şurasıdır.

Sərnişindaşımada qiymətlərin qalxması ona görədir ki, benzinin də qiyməti yüksəlib. Bu və digər səbəblərə görə sahibkarları da qınamaq düzgün deyil".
Geri dön