Ana Sayfa > Cəmiyyət > Qaz ver, Ruslan Əliyev, qaz ver… - . Əhali “Azəriqaz”dan dad deyir ..

Qaz ver, Ruslan Əliyev, qaz ver… - . Əhali “Azəriqaz”dan dad deyir ..


27-02-2021, 08:07. Yazar: admin

Qaz ver, Ruslan Əliyev, qaz ver… - . Əhali “Azəriqaz”dan dad deyir ..
Yeri gəldi-gəlmədi deyirik ki, yurdumuz Odlar Yurdudur, neft-qaz ölkəsiyik, dünyanın az qala yarısına qaz satırıq, hətta erməni kilsəsinə də qaz veririk və s.
Amma özümüz qazsız qalmışıq. Söhbət hansısa ucqar dağ kəndindən getmir e, Bakı, Gəncə kimi şəhərlərdən gedir.
Bəli, cəmi 2-cə gün qar yağdı, Bakıda, Gəncədə qaz kəsildi, işıq söndü, transformator partladı, su turbaları dondu...
Görəsən, bunun üçün məsuliyyət daşıyan qurumlar, rəhbər şəxslər nə düşünür.
Bu yazıda məhz qazdan bəsh edəcəyik. Növbəti yazıda isə, işıqdan və sudan.
Axı, necə qaz ölkəsiyik ki, azca qar yağan kimi qaz kəsilir. Gələndə isə şam kimi yanır. Bir çaydan 1 saata qaynayır. Bu necə qazdır ? Əgər evi isitmirsə, bu qaz nəyə lazımdır ?
Camaat deyir ki, Azəriqaz-ın rəhbərliyi qaz əvəzinə hava vurur turbalara. Belə də iş olar ?
Qazı kəsirlər, sonra verəndə partlayış olur. Biz hələ dəm qazından boğulanları demirik.
Rusiyada olanlar bilir ki, ilin az qala yarısı qar yağır, 20-30 dərəcə şaxta olur. Bəs orda niyə qaz kəsilmir, qaz şam kimi gəlmir.
Deməli, qurumun rəhbərliyi yerində deyil.
Gəncədən ( konkret olaraq N.Nərimanov küçəsinin sakinləri ) zəng vurub xahiş edirlər ki, dərdimizi Azəriqaz-ın rəhbərliyinə çatdırın, evimizdə donuruq, qaz kəsilib, gələndə isə şam kimi közərir. Evlərdə körpə uşaqlar var, yaşlı xəstə adamlar var.
Üzümüzü tuturuq “Azəriqaz” İstehsalat Brliyinin baş direktoru Ruslan Əliyevə.
Ruslan Əliyev, az müddət əvvəl ermənilər Gəncəni bombalayanda Azərişıq-ın rəhbəri ilə Gəncədə oldunuz. Bu problemləri görmədiniz ?
Bəs nəyə getmişdiniz Gəncə şəhərinə ?
Gəncəlilər bir neçə ay əvvəl erməni raketlərinə sinə gərdilər. İndi də sizin zülmünüzə dözməlidir?
Necə olur nazirlərin, deputatların istixanalarına ( parnik ) qaz verilir, amma yazıq camaat soyuqdan evində donur.
Cənab Ruslan Əliyev !
İki ay əvvəl keçmiş sosial müdafiə naziri Səlim Müslümovun ( onda hələ həbs olunmamışdı ) istixanalarının quruma yüz min manat qaz borcu olduğu ortaya çıxdı.
Qazinin, şəhid ailəsinin 1 manat borcu olan kimi qaz kəsilir. Bəs niyə deputatların, nazirlərin qazı kəsilmir..?
Cənab Ruslan Əliyev !
Deyə bilərsiz ki, mən təzə baş direktor təyin olunmuşam, problemlər məndən əvvəl və s...
Siz 5 il, 2015-2019-cu illərdə Azəriqaz-ın baş direktoru Əkbər Hacıyevin satış üzrə müavini olmusuz. Bilmirsiz keçmiş direktor milyonları necə qazanıb ?
Bilmirsiz, Əkbər Hacıyev kimin qohumu idi ?
Bəsdirin...Sizdən əvvəl də Azəriqaz-ın bir baş direktoru var idi: Əlixan Məlikov. Qardaşı da toylarda qarmonçalan Fəxrəddin Məlikov. Sonradan Fəxrəddin Məlikov Kürdəmirin icra başçısı oldu.
Həmin vaxtlar həmkarlarımızdan biri yazırdı: Qaz ver, Əlixan Məlikov, qaz ver..
İndi həmin müraciəti xalq sizə ünvanlayır:
Qaz ver, Ruslan Əliyev, qaz ver, soyuqdan qırıldıq..
gundelik baki
Geri dön