Ana Sayfa > Cəmiyyət > Ölkədə ən çox yoluxma harada qeydə alınıb? - “Buna Operativ Qərargah nəzarət edir”

Ölkədə ən çox yoluxma harada qeydə alınıb? - “Buna Operativ Qərargah nəzarət edir”


26-02-2021, 15:17. Yazar: admin
Ölkədə ən çox yoluxma harada qeydə alınıb? - “Buna Operativ Qərargah nəzarət edir”

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 126 nəfər olub.

Son sutka ərzində COVID-19-a yoluxanlardan 142 nəfər sağalıb, 3 nəfər vəfat edib.

Məlumdur ki, əvvəl koronavirusa yoluxanların statistikası açıqlanarkən ən çox yoluxma hallarının hansı ərzilərdə olduğu da bildirilirdi. Yoluxma hallarının ən çox artmasına səbəb kütləvi mərasimlər, gizli toy, yas mərasimləri idi.

Məsələn, yayda Şəkidə yas mərasimində 84 nəfər virusa yoluxmuşdu. İndi isə bildirilib ki, polis bu kimi halların qarşısını alır.

Bəs yoluxmaya səbəb nədir? Hazırda ən çox yoluxma haradadır? İctimai nəqliyyatda yoluxma halları olurmu?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) Cebhe.info-ya verilən məlumata görə, bu kimi hallara TƏBİB nəzarət etmir:

“TƏBİB olaraq müayinə və müalicə prosesi ilə bağlı məlumatları verə bilərik. Bu kimi hallara isə Operativ Qərargah nəzarət edir”.

Geri dön