Ana Sayfa > Cəmiyyət > Bura təhsil ocağıdır, yoxsa... - Nazirin nəzərinə...

Bura təhsil ocağıdır, yoxsa... - Nazirin nəzərinə...


22-02-2021, 08:56. Yazar: admin
Bura təhsil ocağıdır, yoxsa... - Nazirin nəzərinə...

Son vaxtlar 7 rayonun icra başçısının həbs edilməsi çox ciddi məsələdir. Hələ neçəsi də növbəsini gözləyir.
Məhz layiq olmayan şəxslərin 100-150 minlik rayonlara icra başçısı-rəhbər təyin olunması vətəndaşları narazı salır.
Belə rayonlardan biri də Xəzər rayonudur. Təsəvvür edirsiniz rayona uzun illər rəhbərlik etmiş Gülağa İslamov uzun müddət ANBARDAR işləyib.
Axı, anbardar hara, rayona rəhbərlik etmək hara?
Anbardar da icra başçısı olan kimi rayona ANBAR kimi baxır onun üçün təhsil, səhiyyə, mədəniyyət-zad hamısı gözünə ANBAR kimi görünür və beləcə xalqın gələcəyi olan təhsil də dönür bazara, alverxanaya.
Bəli, etiraf etməliyik ki, uzun müddətdir təhsilimiz də bir bazar əhval-ruhiyyəsi var. Zəhrimar bazar iqtisadiyyatı sözünü çoxu həqiqi mənada bazar kimi anlayır və bunu hara gəldi, təhsilə,səhiyyəyə, mədəniyyətə tətbiq edir.
Təsəvvür edin rüşvət bağçalara, orta məktəblərə yol açır. Və bizim bağçalar, orta məktəblər gələcəyin rüşvətxorlarını, korrupsionerlərini yetişdirir. Bəli,uşaqlar bağçada,məktəbə müəlliməyə rüşvət verildiyini öz gözləri ilə görürlər.
Belə məktəblərdən biri də icra başçısının anbardar olduğu Xəzər rayonundakı 149 saylı orta məktəbdir. “Xərac yığmaqla” ad çıxardan məktəb direktoru Rəhilə Baxşəliyeva keçmiş icra başçısının pulyığanı olub.
Bu məktəbin fəaliyyətində xeyli sayda neqativ hallar var.
Direktor Rəhilə Baxşəliyeva keçmiş başçı Gülağadan qalma metodları davam etdirir. Hələ də məktəbdə “fond pulu”, “təmir pulu”, “könüllü yardım pulu” kimi rüsvayçı hallar davam edir.
Bunlar azmış kimi məktəbdə çalışan müəllimlərdən də pul yığımı olur. Dərs bölgüsünə görə, əlavə dərs saatına görə pul ödəməlisən. Yuxarı siniflərdə rəhbər olmağın qiyməti 500 manatdır. Qrup rəhbəri olmağın da öz qiyməti var.
Təsəvvür edirsiniz məktəbdə 3000 şagird təhsil alır.
Məlumatlı mənbənin dediyinə görə, keçmiş icra başçısı Gülağa İslamov məktəb direktoruna tapşırıbmış ki, bu rayonda (GÜL)AĞA mənəm, heç kimdən çəkinmə. Beləcə yığılan pullar icra başçısı ilə məktəb direktoru arasında qardaş-bacı malı kimi bölünürmüş.
Bütün bunlar hamısı bəlli.
Bəs axı 2 ildir rayona yeni icra başçısı təyin olunub. Vəziyyət niyə dəyişmir.
Yeni icra başçısı Elşən Salahov görəsən rayondakı məktəblərdən xərac yığan direktorlar barədə nə düşünür.
Bu barədə növbəti yazıda. //gundelik-baku.com//
Geri dön