Ana Sayfa > Cəmiyyət > Ölümdən sonrakı həyat: Alimlər ruhun varlığını sübut etdilər

Ölümdən sonrakı həyat: Alimlər ruhun varlığını sübut etdilər


16-02-2021, 06:48. Yazar: admin
Ölümdən sonrakı həyat: Alimlər ruhun varlığını sübut etdilər

ABŞ-dan olan tədqiqatçılar bədənin fizioloji ölümündən sonra ruhun varlığını istisna etmirlər. Belə bir nəticəyə kvant fizikası sahəsində fəaliyyət göstərən mütəxəssislər gəlib.

“Report”un əlumatına görə, bu barədə “Planet today”yazıb.

Amerikalı elm adamları hesab edir ki, şüur insanın bioloji ölümü və bədəninin tamamilə parçalanmasından sonra da mövcud olur. Belə ki, insan şüuru kvant səviyyəsində mövcud olan məlumat subyektidir.

Bu fərziyyəyə görə, kvant məlumatlarının saxlanması, bədənin ölümündən sonra Kainata yayılan protein quruluşlarına əsaslanan mikropiplərdir. Məsələn, insanlar klinik ölüm keçirdikdə ruh kimi qəbul edilən kvant məlumatlarını müvəqqəti olaraq itirirlər. Bədənin reanimasiyasından sonra kvant məlumatı insana qayıdır.

Tədqiqatçılar bildirib ki, əgər şüur bədənin xaricində kvant səviyyəsində mövcud ola bilərsə, insanlar əslində ölməzdirlər.
Geri dön