Ana Sayfa > Cəmiyyət > Peyvənd olunan şəxslər "yoluxmayacağam” deyib rahatlanmamılıdırlar - TƏBİB

Peyvənd olunan şəxslər "yoluxmayacağam” deyib rahatlanmamılıdırlar - TƏBİB


9-02-2021, 13:39. Yazar: admin
Peyvənd olunan şəxslər "yoluxmayacağam” deyib rahatlanmamılıdırlar - TƏBİB


Biz dünyadan təcrid edilməmişik, ona görə COVİD-19-un yeni ştammının Azərbaycanda da olma ehtimalı var, amma qaydalara əməl etməklə, vaksinasiyaya daha ciddi yanaşmaqla bu işi asanlaşdıra bilərik.

Bunu Trend-ə TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, COVİD-19-a qarşı insanlara vurulan vaksinin ikinci dozasından sonra orqanizmdə 60-90 faiz qoruyuculuğun yaranacağı gözlənilir:

“Lakin insanlar “mən artıq peyvənd olundum, yoluxmayacağam” deyərək rahatlanmamılıdırlar. Hər kəs qorunma tədbirlərinə əməl etməlidir. Biz hələ COVİD-19-a qarşı vaksinin qoruyuculuq müddətinin nə qədər olacağını bilmirik. Ümid edirik ki, bu müddət heç olmasa, 1-2 il olsun. Qrip əleyhinə vaksində qoruyuculuq müddəti 1 il hesab edilir. COVİD-19-a qarşı vaksinin də müddəti bu qədər olsa, uğurlu sayı bilər. Çünki bu halda yoluxma zənciri qırılacaq və yoluxma az əhali qrupunu əhatə etməyə başlayacaq”.
Geri dön