Ana Sayfa > Cəmiyyət > Sabah milli parklara giriş pulsuz olacaq - FOTO
Sabah milli parklara giriş pulsuz olacaq - FOTO1-02-2021, 14:59. Yazar: admin |
Ümumdünya Su-Bataqlıq Günü ilə əlaqədar fevralın 2-də Şirvan, Qızılağac və Ağgöl milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. O qeyd edib ki, Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi var və qışlama dövründə həmin ərazilərə 100 minlərlə müxtəlif növ quş toplaşır. “Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində Su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən 2 fevral tarixi Ümumdünya Su-Bataqlıq Günü kimi qeyd olunur. Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib”. Xidmət rəsmisi quşları müşahidə etmək və təbiətin füsunkar gözəlliklərini görmək istəyənləri milli parklarımıza səyahət etməyə dəvət edib. Geri dön |