Ana Sayfa > Cəmiyyət > “Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM - Dəhşət...

“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM - Dəhşət...


18-01-2021, 10:45. Yazar: admin
“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM - Dəhşət...

Aktualxeber.az-ın redaksiyasına şok effekti doğuracaq bir şikayət ərizəsi daxil olmuşdur. Bizə ərizə ilə müraciət edən Yasamal rayon sakini Cəfərova Qəmər Xanım Fəxrəddin qızı iddia edir ki, ölkədə qalmaqallı iş adamı kimi tanınan İsfəndiyar Axundov onun çarəsiz vəziyyətindən istifadə edərək zorlayıb. Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda hallanan “Şərurlu İsfəndiyar”ın biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. “Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların ən yüksək instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan. Maraqlıdır ki, hər dəfə də “Şərurlu İsfəndiyar” kimi tanınan bu şəxs sudan quru çıxmağı bacarıb.
Bu yazılardan biri olan və virtualaz.org saytında dərc edilmiş “Şərurlu oliqarxın misli görünməmiş əclaflığı” başlıqlı məqaləni oxuduqda isə bu adamın hansı keyfiyyətə malik olduğunun şahidi olursan. Həmin yazıdan məlum olur ki, Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan oliqarx, tikinti maqnatı İsfəndiyar Axundovun iddiası əsasında 2016-cı ilin aprel müharibəsində xüsusi təyinatlıların canını vətənə qurban vermiş polkovnik-leytenantı Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarıbmış. Bu qərar sosial şəbəkələrdə və ictimaiyyətdə haqlı olaraq həm qərarı çıxaran hakimlərə, həm özünün tikinti maxinasiyaları və dələduzluqları ilə ad çıxarmış şərurlu oliqarxa qarşı hiddət yaradıb və məsələyə müdaxilə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhidin ailəsinə yeni mənzil verilmişdi.
Bu xatırlatmanı ona görə etdik ki, hörmətli oxucularımız iş adamının köməksiz və çarəsiz vəziyyətdə qalan bir qıza müxtəlif vasitələrlə təsir göstərərək bakirəliyini belə pozmasına və iki il ondan istifadə etdikdən sonra evini də əlindən alaraq küçələrə atmasına təəccüblənməsinlər. Şikayətçi Q.Cəfərova iddia edir ki, İsfəndiyar Axundov və onun ikinci arvadı olan Vəfa adlı qadın onu ölümlə hədələyirlər. Bu hədələrlə bağlı o, redaksiyamıza səs yazıları da təqdim etmişdir. Şikayətçinin təqdim etdiyi sənədlər və səs yazıları ilə bağlı bəzi dəqiqləşdirmələr apardıqdan sonra daha geniş məqaləni sizə təqdim edəcəyik.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Geri dön