Ana Sayfa > Cəmiyyət > Leyla Əliyeva Şuşaya şeir həsr etdi
Leyla Əliyeva Şuşaya şeir həsr etdi18-01-2021, 10:19. Yazar: admin |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bərabər, Şuşaya onların övladı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da səfər etmişdi. Musavat.com xəbər verir ki, səfərdən sonra Leyla Əliyeva Şuşaya həsr etdiyi yeni şeiri sosial şəbəkə hesabında paylaşıb. Həmin şeirin tərcüməsini təqdim edirik: Bülbülə bənzəyən sehrli gülüm, doğma zirvələrdə çiçək açırsan. Cənnətsiz illəri yaşamamışam... Doğma da yaşasın, yad, başqası da; dünya ki böyükdür, hamı sığışar! Necə yaşamışam illərlə necə? Ruhum üşüyübdür iztirablarda. Şeirdə vəzn və məna, heca var; Çoxlu öyrənməli, çalışmalısan. Mənimsə ruhumda şeir özü var, Yaradan yaradır; Bəlkə də bir qədər naşı alınır, lakin yazılarda həqiqət vardır. Doğma diyarları itkin olandan, O qədər ürəyə dağ çəkilib ki, Əzablar yurduma cıdır salıbdır, Sənə dualarla üz tuturduq biz. Sehrli diyarım, gördüm röyamda; Bir tərlan dağlardan qanad açıbdır. Xarıbülbül ruhumda çiçək açıbdır, Allahım, illərlə həsrətdim sənə! Böyüķdür Yaradan; xeyir qalibdir! Əfsus, hamılıqla dönməsələr də, insanlar yurdlara qayıdacaqlar. Şeirim mükəmməl olmasa belə, inanın, dahilər qınamaz məni! Tərcümə edən: Aynur Nurlu Geri dön |