Ana Sayfa > Cəmiyyət > Hazırda aparılan testlər arasında pozitiv nəticələrin payı 5 faiz təşkil edir

Hazırda aparılan testlər arasında pozitiv nəticələrin payı 5 faiz təşkil edir


16-01-2021, 12:26. Yazar: admin
Hazırda aparılan testlər arasında pozitiv nəticələrin payı 5 faiz təşkil edir

Dekabrın 14-də yoluxma əmsalı, yəni aparılan testlərin içində pozitiv nəticələrin payı 31 faizə çatmışdı. Bu, çox böyük rəqəmdir. Hazırda isə yoluxma əmsalı 5 faizə qədər enib.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

Y.Qarayevanın sözlərinə görə, buna sərtləşdirilmiş karantin rejimi və vətəndaşların qaydalara daha ciddi riayət etməsinin nəticəsində nail olunub.
Geri dön