Ana Sayfa > Cəmiyyət > Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz?

Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz?


27-12-2020, 20:30. Yazar: admin
Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz?

Koronavirusa qarşı peyvənd olunduqdan sonra, stresdən, o cümlədən orqanizmin temperaturunun həddindən artıq aşağı düşməsi və ya qalxmasından çəkinmək lazımdır.

Musavat.com oxu.az-a istinadən bildirir ki, bu barədə RF "Rospotrebnadzor"dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) bildirilib.

Bundan əlavə, qurum allergik reaksiyaya səbəb ola biləcək qidaları yeməməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl COVID-19-a qarşı Rusiya peyvəndinin sınaqlarında iştirak edənlərə tövsiyələr verilmişdi. Belə ki, qadınlara bu dövrdə hamilə qalmamaları, analara peyvənddən sonra üç ay ərzində ana südü verməmələri və yumurta donoru olmamağı tövsiyə edilib.

Kişilər isə həmin dövrdə alkoqoldan imtina etməli və siqaret çəkməyi isə məhdudlaşdırmalıdır.
Geri dön