Ana Sayfa > Cəmiyyət > Dövlət TV-ləri özəlləşdirilə bilərmi? – “Bu artıq zamanın diktəsidir”
Dövlət TV-ləri özəlləşdirilə bilərmi? – “Bu artıq zamanın diktəsidir”25-12-2020, 14:41. Yazar: admin |
“Amma bunun nə ilə nəticələnəciyini demək çətindir” “Çünki özəlləşdirmə strateji sahələrin dövlətin nəzarətindən çıxması deməkdir” “Çalışmalıyıq ki, Yaxın Şərq, heç olmasa, Qafqaz üçün maraqlı televiziya kanallarımız olsun. Necə deyərlər, özümüz deyib, özümüz eşitməyək” Rusiya prezidenti Vladimir Putin “Perviy kanal” televiziyası ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, “Perviy Kanal” səhmdar cəmiyyətinin maliyyə sabitliyini artırmaq üçün səhm emissiyası həyata keçiriləcək və qeyri-dövlət səhmdarlarına satılacaq. Beləliklə, dövlətin payı 51 faizdən ən azı 34 faizə endirilicək. Həmçinin fərmanda deyilir ki, Nazirlər Kabineti üç ay ərzində nizamnamə kapitalının artırılması və kanalın qeyri-dövlət səhmdarlarının siyahısını tərtib etmək, habelə dövlətin və digər səhmdarların paylarının ölçüsünü müəyyənləşdirmək üçün tədbirlər görməlidir. Məlum olduğu kimi, Azərbaycanda iki telekanal- AzTV və İTV-i dövlət telekanallarıdır. Çünki onların səhmlərinin 51 faizindən çoxu dövlətə məxsusdur. Elə isə analoji təcrübə bizdə də tətbiq oluna bilərmi? “Sherg.az” olaraq bu barədə tanınmış jurnalist, aparıcı Həmid Herisçinin fikirlərini öyrəndik. Onun sözlərinə görə, bu artıq zamanın diktəsidir: “ Rusiya özəlləşdirmə prosesinin ilk iki mərhələsi uğurla keçsə də, Vladimir Putin vaxtı ilə üçüncüyə mane oldu. Amma üçüncü mərhələ artıq “qapını döyürdü”. Rusiya hakimiyyəti on illər əvvəl bu məsələyə qısqanclıqla yanaşırdı. Çünki ən azı iqtisadi müstəqillik itirilə bilərdi. Amma bir çox postsovet ölkələri kimi Rusiya da indi xeyli güclənib. Yəni bunu etməyə imkanı var. Onu da nəzərə almaq lazımdır ki, televiziya şimal qonşumuz üçün neft, qaz qədər strateji əhəmiyyət daşıyır”. H.Herisçinin sözlərinə görə, məlum təcrübə heç də həmişə uğurla nəticələnmir: “Özəlləşdirmə bəzən özünü doğruldur, bəzən isə yox. Hər halda burada söhbət dövlət əmlakının səmərəli istifadəsindən gedir. Rusiya praktikasının faktiki olaraq bizdə də tətbiqi mümkündür. Amma bunun nə ilə nəticələnəciyini demək çətindir. Çünki özəlləşdirmə strateji sahələrin dövlətin nəzarətindən çıxması deməkdir. Biz çalışmalıyıq ki, Yaxın Şərq, heç olmasa, Qafqaz üçün maraqlı televiziya kanallarımız olsun. Necə deyərlər, özümüz deyib, özümüz eşitməyək”. Geri dön |