Ana Sayfa > Cəmiyyət > Uşaqları və valideynləri niyə virusa yoluxdurmaq istəyirsiz? - Politoloq Təhsil Nazirliyinə müraciət etdi

Uşaqları və valideynləri niyə virusa yoluxdurmaq istəyirsiz? - Politoloq Təhsil Nazirliyinə müraciət etdi


23-12-2020, 16:18. Yazar: admin
Uşaqları və valideynləri niyə virusa yoluxdurmaq istəyirsiz? - Politoloq Təhsil Nazirliyinə müraciət etdi

“Təhsil Nazirliyinə müraciət edirəm. Uşaqları və onların valideynlərini niyə virusa yoluxdurmaq istəyirsiz?”

Cebhe.info-nun xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib:

“Nazirlik məktəblərə tapşırıb ki, 9-cu sinfin onlayn imtahanları üçün şagirdlər mütləq yeni nəsil şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçməlidirlər, çünki orada şəkil var. Bunu həll eməyin başqa yolu yoxdur? Şəklin olması belə vacibdirsə, şagirdlər şəkillərini məktəblərə e-maillə göndərsinlər və ya məktəblərdəki şəxsi iş papkalarındakı şəkillərdən istifadə edilsin.

Axı yeni növ şəxsiyyət vəsiqəsi üçün "ASAN xidmət"ə getmək lazımdır, orada da insanların sayı-hesabı yoxdur. Öncədən növbə götürmək üçün isə səhər saat 6-da qeydiyyata düşməlisən. Təhsil Nazirliyi koronavirusun geniş yayıldığı bu günlərdə valideynləri sıxlıq yaranan qapalı mərkəzə niyə göndərmək istəyir? Qoy bu “zəhrimar”dan qurtaraq, sonra “prinsipiallığınızı” ortaya qoyarsınız. Əsl prinsipiallığa qaldıqda isə vurisa görə dərs keçilməyən ali təhsil ocaqlarının təhsil haqları məsələsində niyə bu qədər israrlı olması ilə maraqlanın”.
Geri dön