Ana Sayfa > Cəmiyyət > "Peyvəndləmə yaxın vaxtlarda başlaya bilər" - Hikmət Hacıyev
"Peyvəndləmə yaxın vaxtlarda başlaya bilər" - Hikmət Hacıyev8-12-2020, 15:59. Yazar: admin |
“Azərbaycan mediası koronavirusla mübarizədə və Qarabağ cəbhəsində ön cəbhədə olub. Bunun üçün media mənsublarına öz təşəkkürümü bildirirəm”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, peyvəndləmə yaxın vaxtlarda başlaya bilər: “Biz karantin qaydalarına əməl etməklə və birgə səylərimizlə koronavirus cəbhəsində də qələbə çalacağıq". Geri dön |