Ana Sayfa > Cəmiyyət > Həbsdəki AXCP üzvləri ev dustaqlığına buraxıldı
Həbsdəki AXCP üzvləri ev dustaqlığına buraxıldı16-11-2020, 17:23. Yazar: admin |
İyulun 14-dən 15-nə keçən gecə Bakıda “Qarabağa azadlıq!” şüarıyla keçirilən yürüşdən sonra həbs olunan 36 nəfərdən 21-i ev dustaqlığına buraxılıb. Lent.az xəbər verir ki, həbsdən buraxılan 21 nəfərdən 12-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır. AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli (o, həm də Qarabağ əlilidir), Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də həbsdən buraxılanlar arasındadır. Noyabrın 16-da Səbail rayon Məhkəməsi prokurorluğun vəsatəti əsasında onların barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Geri dön |