Ana Sayfa > Cəmiyyət > Nazirlikdən sosial durumu ilə bağlı paylaşım edilən ailə barədə AÇIQLAMA - FOTO

Nazirlikdən sosial durumu ilə bağlı paylaşım edilən ailə barədə AÇIQLAMA - FOTO


13-11-2020, 16:03. Yazar: admin
Nazirlikdən sosial durumu ilə bağlı paylaşım edilən ailə barədə AÇIQLAMA - FOTO

“Binəqədidə yaşayan əsgər ailəsinin sosial durumu ilə bağlı “Facebook”da paylaşılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları həmin ünvanda olublar. Onlar əsgərimiz – Səda Kərimovun anası Raya Abbasova və qardaşı Təbriz Kərimovla görüşüblər”.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, ailə üç nəfərdən (iki oğul və ana) ibarətdir

“Bir oğul S.Kərimov hərbi xidmətdədir, hazırda evdə digər qardaşla anası yaşayır. Ana və oğul əmək qabiliyyətli olsalar da, işləmədikləri nəzərə alınmaqla, R.Abbasovaya daimi iş yeri, yaxud kiçik biznesini qurmaq üçün özünüməşğulluq proqramı, habelə aylıq 250 manat təqaüd ödənilən peşə hazırlığına cəlb olunmaq təklif edilib.

R.Abbasova səhhəti ilə əlaqədar olaraq işləmək istəmədiyini, lakin peşə hazırlığına cəlb edilmək barədə fikirləşəcəyini deyib”.

“Təbrizə isə Kondisioner Zavodunda aylıq əməkhaqqı 450 manat olan operator işi təklif edilib. Lakin Təbriz ona təklif olunan başqa bir işdə (avtomobil təmiri sexində yağlama ustası) çalışacağını bildirib.

Ailəyə ərzaq yardımı təqdim edilib. S.Kərimov da əsgərlikdən qayıtdıqdan sonra ixtisasına, əmək bacarığına uyğun işlə təminatına kömək göstəriləcək.

Məlumat üçün qeyd edim ki, qanunvericiliyə əsasən, nazirlik yalnız şəhid ailələrini və müharibə əlillərini mənzil və ya fərdi evlə təmin edir”, - deyə F.Talıbov əlavə edib.


Geri dön