Ana Sayfa > Cəmiyyət > “Bakıdakı qələbə yürüşü koronavirusa yoluxmanı artıracaq” - AÇIQLAMA
“Bakıdakı qələbə yürüşü koronavirusa yoluxmanı artıracaq” - AÇIQLAMA11-11-2020, 16:38. Yazar: admin |
"Dünənki hadisələr, paytaxt əhalisinin qələbə yürüşü əhalinin idarəolunmaz prosesləridir. Polislər belə baş verənləri nizamlamaqda çətinlik çəkirdi. Hətta komendant saatı da pozuldu". Bu sözləri Modern.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla dünən baş verən hadisələrdən sonra virusun necə yayılacağı haqqında danışarkən deyib. O qeyd edib ki, dünən heç bir karantin qaydasına əməl edilməməsi, insanlar arasında fiziki məsafənin gözlənilməməsi, maska taxılmaması, əllərin hər yerə sürtülməsi və s. yoluxma potensialını artıracaq və yaxın 2 həftədə bu artımı müşahidə edəcəyik: "Artıq döyüş əməliyyatları dayanıb və insanlar əsasən qapalı məkanlarda karantin qaydalarına ciddi əməl etməlidirlər". Professor bildirib ki, nədənsə son vaxtlar koronavirus məsələləri xeyli arxa plana keçib, halbuki bunu qətiyyən unutmaq olmaz: "Operativ Qərargah ciddi şəkildə öz işini davam etdirməlidir. Tədbirlərin artırılması, intensivləşdirilməsi öz həllini tapmalıdır. Biz hələ ikinci cəbhə olan koronavirusla mübarizəni dayandırmamışıq. İnsanlar bunu unutmamamlıdır". Geri dön |